Bu 5 xəstəliyin səbəbkarı telefonunuzdur – Müasir smartfon sindromları

SAĞLAMLIQ
22:15 05.12.2019
4365
Müasir gadjetlər - istər tv, istər telefon, planşet, sizin orqan və beyninizə mənfi təsir edir.
 
AZXEBER.COM medicina.az-a istinadən bildirir ki, hazırda yaranmasında məhz telefonun böyük rol oynadığı xəstəliklər var. Siyahı ilə tanış olun:

1. Karpal tunel sindromu

Onu həmçinin bilək sindromu da adlandırırlar.

Ovucda, biləkdə sümüklə bağlar arasında sinir kanalının sıxılmasıdır. Son zamanlar geniş yayılıb, gənclərdə rast gəlinir. Əlin bilək üstü, ovuc hissəsi qıc olur, keyiyir, ağrıyır. Əldə bütün barmaqlar, çeçələdən başqa, ağrıyır. Getdikcə proses dərinləşir, insan komputerdə və ya telefonda yazı yaza bilmir, işləyə bilmir.

Sinirin ətrafı iltihabkaşır. Alimlər sübut edib ki, uzun müddət, gündə məsələn 8-9 saat klaviaturada, telefonda yazı yazanlarda bu sindrom yaranır.

Necə müalicə olunur:

Əgər bu simptomlar varsa, ağrıkəsici, mazlar və s. vaxt itirməyin. Nevroloq və ya ağrı mütəxəssisinə müraciət edin. Əgər ilk başdan müalicə etsəniz, əməliyyatdan yan qaça bilərsiniz.

Bir müddət həmin əlinizə şina taxıla bilər və siz komputer, teletona fasilə verməlisiz.

2. Quru gözlər və ya komputer gözləri sindromu

Monitora gündə 3 saatdan artıq fasiləsiz baxanlarda yaranır. Göz bəbəkləri daralıb bir nöqtəyə baxır, uzağa baxmağı sanki yadırğayır, yorulur, qırpma hərəkətləri azalır. Nəticədə gözlər ağrıyır, qızarır, quruyur, boyun, başa ağrı verir. Göz yaşı kanalı da quruya bilər. Eləcə də müalicə almadıqda, simptomlar dərinləşib başqa göz xəstəliklərinə yol açır

Nə etməli?

Komputerlə iş zamanı hər 2 saatdan bir 20 dəqiqə fasilə verməli. Göz quruluğuna qarşı damcılar almalı. Uzağa baxmalı, tez-tez göz məşqləri edin, İldə bir dəfə oftalmoloq müalicəsindən keçin.

3. Eşitmədə pozulmalar

Qulaqcıqlar real təhlükə mənbəyidir. Bütün zəngləri də qulaqcıqla qəbul etmək eşitmə aparatını sıradan çıxarır. Gündə 85 desibeldən yuxarı küy təsiri qulaq içində olan xüsusi tükləri zədələyir. Nəticədə beyinlə qulaq arasındakı səs mübadiləsi pozulur. Müasir qulaqcıqlar maksimum 105 desibel yüksəkliyə hesablanıb. 5 dəqiqə bu səs kifayətdir ki, eşitmə 
Nə etməli?

Qulaqcıqdan fasilələrlə istifadə edin. Çalışın ən keyfiyyətli, standartlara cavab verən qulaqcıq alın. Qulaqcığa çox səs verməyin. Eşitmədə zəiflik olan kimi, LOR həkimə gedin.

4. Yuxusuzluq, yuxu pozulması

90% insanlar mütləq yuxudan əvvəl smartfonda vaxt keçirir. Smartfon ekranından gələn mavi işıq melatonin hormonunun sintezini pozur, beynin yuxuya getmə prosesini əngəlləyir, insanın bioloji ritmlərini pozur. Beyin bir neçə müddət oyaq qalır, yuxuya gedə bilmir. Sürətli yuxu fazası pozulur, hormonal balans dincəlmir, insan yuxudan doymadan oyanır.

Nə etməli?

Yatmazdan 2 saat əvvələ kimi telefondan uzaq durun. Heç olmasa yarım saat. Nəsə baş qatmaq istəyirsinizsə, kitab oxuyun.

Əgər heç ayrıla bilmirsinizsə, onda telefonda "Qiraət rejimi" qoyun, o mavi işığı bloklayacaq.

5. İnfeksion xəstəliklər

Hesablanıb ki, bir insan telefonunu hər 12-13 dəqiqədən bir gündə 80-90 dəfə yoxlayır. Telefon müxtəlif səthlərə qoyulur, əllər toxunur. Telefonun səthində 10 milyona yaxın bakteriya toplaşır.

Beləliklə, öz telefonunuz ən çirkli əşyaya, təhlükəli bakteriya mənbəyinə çevrilir.
Araşdırmalar göstərir ki, telefonda stafilakok, bağırsaq infeksiyaları, sineqnoy çöpü, ağciyər bakteriyaları ola bilər.

Nə etməli?

Telefonu xüsusi təmizləmə prosedurundan keçirməli. Bunun üçün xüsusi xidmətlər və xüsusi mikrofibrli parçalar var. Əllərinizi isə hər gün sabunla ən azı 12 dəfə yuyun

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:04 04.07.2020

Polis supermarketlərdə reydlər keçirir - Fotolar

13:47 04.07.2020

Koronavirus xəstələrinin tullantıları bu kəndə atılır? - VİDEO

13:36 04.07.2020

Azərbaycana gələn 3 həkim geri qayıtdı, 19-u karantinə alındı

13:27 04.07.2020

İş icazəsi ilə Qəbələyə istirahətə gedənlər cərimələndi - Fotolar

13:06 04.07.2020

Koronavirusa yoluxan idmançı müalicədən sonra güzgüdə özünü tanımadı - FOTO

13:01 04.07.2020

Sabah havanın temperaturu 38 dərəcə olacaq

12:22 04.07.2020

“Testi pozitiv çıxan anaların dünyaya gətirdiyi 16 körpə həkim nəzarəti altındadır”

12:00 04.07.2020

DİN: Əməkdaşlarımız məzuniyyətə çıxmadan xidmətlərini davam etdiriblər

11:56 04.07.2020

Bakıda sərt karantin rejimində ad günü keçirdilər - VİDEO

11:35 04.07.2020

ATV-nin aparıcısı: "Bu gün səhər anamın "Artıq nəfəs ala bilmirəm" kəlməsilə oyandım" - FOTO

11:15 04.07.2020

ÜST: Yoluxma sayının artması ilk dalğanın ikinci pik həddidir

11:10 04.07.2020

Fəaliyyətinə icazə verilən şəxslər bu halda avtomobillərindən istifadə edə bilməz

10:50 04.07.2020

Paytaxtda yenidən karantin postları qurulub - RƏSMİ

10:47 04.07.2020

Bəhram Bağırzadənin ağciyər və bədəninin reabilitasiyasına başlanıldı

10:43 04.07.2020

Nişan mərasimi edənlər saxlanıldı - Bəy cərimələndi - Foto

10:23 04.07.2020

DYP: İcazəsi olmadan postlardan keçmək istəyən 3158 avtomobil geri qaytarılıb