Bu axşamdan Həccin əsas əməlləri başlayır - VİDEO

Bu axşamdan Həccin əsas əməlləri başlayır - VİDEO
SOSİAL
20:56 24.05.2026
919
Bu axşamdan etibarən Böyük Həccin əsas əməlləri başlayır. Azərbaycanlı zəvvarların da bir hissəsi artıq Məkkədən Mina dağına yola düşməyə başlayır.
Bu barədə "Xəzər Xəbər”ə Məkkədən Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi məsulu Vüsal Cahangiri məlumat verib.

AZXEBER.COM-un Xezerxeber.az-a istinadən məlumatına görə,
mayin 26-sı axşam isə zəvvarlar Ərəfatdan Müzdəlifəyə yola düşəcəklər.

Bununla da zəvvarlarımız Həccin əsas əməllərini yerinə yetirmiş olacaqlar. Bu il Həcc ziyarətinə 1,6 milyon müsəlman gedib. Azərbaycanın kvotası isə 1 150 nəfərdir.

Qeyd edək ki, Azərbaycanda Qurban bayramı mayın 27- 28-i qeyd olunacaq.

OXŞAR XƏBƏRLƏR