“YAP Gənclər Birliyinin hər bir üzvü bu gün bütün tədbirlərdə, təşkilati işlərdə fəal iştirak edir və öz idarəetmə qabiliyyətlərini ortaya qoya bilirlər”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında YAP Gənclər Birliyinin sədri Seymur Orucov, bir ay ərzində YAP Gənclər Birliyinin iki üzvünün icra orqanlarında yüksək vəzifəyə təyin olunması ilə bağlı danışarkən söyləyib. Onun sözlərinə görə, bu cür təyinatlar gələcəkdə də olacaq və bu ənənə halını alacaq:
"YAP Gənclər Birliyinin üzvlərinin bu cür yüksək vəzifələrə təyin edilməsi Azərbaycanda güclü gənclər siyasətinin bariz göstəricisidir. YAP Gənclər Birliyinin hər bir üzvü bu gün bütün tədbirlərdə, təşkilati işlərdə fəal iştirak edir və öz idarəetmə qabiliyyətlərini ortaya qoya bilirlər. Bununla da istər bölgələrdə istərsə də paytaxtda olan yerli icra strukturlarında YAP-ın gənclərinə böyük ehtiyyac yaranır. Düşünürəm ki, bizim üzvlərimizin bu gün yüksək vəzifələrə cəlb olunması ənənə şəklində davam edəcək və bu bir daha ölkəmizdə gənclərə olan diqqət və qayğının ən gözəl nümunəsi olacaq”.
Xatırladaq ki, bir neçə gün bundan öncə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini 25 yaşlı Aygün Əliyeva, Tərtər Rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini 28 yaşlı Ramiz Şabanov təyin edilib. Hər iki şəxs YAP Gənclər Birliyinin üzvləri olub.
AZXEBER.COM