ATV-nin vitse-prezidenti, tanınmış jurnalist Məqsəd Nur həyat yoldaşı Mehparə Kərimovanın intihar olayı barədə qısa açıqlama verib.AZXEBER.COM-un aznews.az-a istinadən xəbərinə görə, o,bildirib ki, hadisənin necə və niyə baş verməsi barədə danışmaq çox çətindir:“Mən hazırda yasdayam. Özümü çox pis hiss edirəm. Bu barədə danışmaq ağırdır. Həmkarlarımdan xahiş edirəm ki, məni başa düşsünlər”.
Qeyd edək ki, 1972-ci il təvəllüdlü Kərimova Mehparə Məmmədağa qızı yaşadığı evdə kəsici alətlə özünə xəsarət yetirib. Nəticədə o aldığı xəsarətdən dünyasını dəyişib.