Bu bina Xəzərin ortasında tikiləcək - FOTOLAR

Bu bina Xəzərin ortasında tikiləcək -  FOTOLAR
Bütün Xəbərlər
12:20 06.05.2014
2286

Nargin adası kimi tanınan Böyük Zirə adasında reallacaq "XazarPearl" (Xəzər Mirvarisi) layihəsinin görüntüləri internetdə yayılıb. Fotolar layihəni həyata keçirəcək "Maccreative Baku" şirkəti tərəfindən paylaşılıb.

Layihədə müasir dövrün bütün tələb və təklifləri nəzərə alınıb. Adaya gələn turistlər burada qədim Azərbaycan ənənələrini görmək imkanını qazanacaqlar. Layihənin əsas üstünlüyü isə odur ki, burada yaşayan sakinlər üçün bütün infrastruktur layihələri icra olunacaq.

Bakı arxipelaqının ən böyük adası olan Böyük Zirə-Nargin adasında hazırlanacaq “Azərbaycan Mirvarisi" turizm layihəsinin dünyada analoqu yoxdur. Layihə ölkəmizə gələnləri heyrətə gətirəcək. Bakının sahil xəttindən 10 km məsafədə yerləşən Nargin adasının turizm məqsədi ilə istifadəsi üçün layihə hazırlanır. "Azərbaycan mirvarisi" adlanan bu layihə həyata keçiriləndən sonra ölkəmizə turist axını da artacaq. Bura gələcək turistlər Azərbaycan mədəniyyəti və tarixi ilə tanış olacaqlar. İnşaat işlərində millilik nəzərə alınacaq. İlk olaraq tikiləcək Karvansaray oteli isə milli üslubda olacaq. Layihənin memarı Rasim Babakişiyev deyir ki, adaya gələn turist özünü orta əsrlərdə hiss edəcək.

Bu adada dini tolerantlıq da nəzərə alınıb. Ərazidə məscid, kilsə və sinaqoq da inşa olunacaq. Adada böyük beynəlxalq tədbirlər və sammitlərin keçirilməsi də mümkün olacaq. Belə ki, bu məqsədlə layihədə 2 böyük otelin arasında universal zal tikiləcək. Zal 3000-3500 nəfər üçün nəzərdə tutulub. Adanın layihəsində də gənclər üçün xüsusi məkan nəzərdə tutulub. "Cavanlar məhəlləsi" adlanan həmin ərazi müxtəlif əyləncə məkanları ilə fərqlənir.

Layihəyə görə, adada benzinlə işləyən avtomobillərdən istifadə olunmayacaq. Ekoloji təmizliyi qorumaq üçün burda qolf maşınlar hərəkət edəcək. "Azərbaycan mirvarisi" ilə yaxından tanış olmaq istəyənlər isə adaya Azneft meydanı və Zığ qəsəbəsindən gəmi ilə gedə biləcəklər (ANS Press).

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
14:14 20.09.2025
KİV: ABŞ Avropaya “Patriot” satışını dayandırıb
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
14:12 20.09.2025
Adnan Əhmədzadə haqda qərar verildi - Cinayət işini DTX aparır
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
13:50 20.09.2025
“Regional Sülh, Əməkdaşlıq və Qarabağın Dirçəlişinə Strateji Baxış” mövzusunda forum keçirib
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
13:41 20.09.2025
Bank Respublika Naxçıvanda sahibkarlar üçün yeni imkanlar yaradıb
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
13:35 20.09.2025
Sənədsiz evlər sakinlərə xəbərdarlıq edilmədən sökülüb? - Video
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
13:23 20.09.2025
Oksford “Executive MBA” proqramının iştirakçıları ADNSU tələbələri ilə görüşüb - FOTOLAR
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
13:14 20.09.2025
İlham Əliyevin Ruanda Prezidenti ilə təkbətək görüşü olub
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
13:12 20.09.2025
Naftalanda 20 sentyabr Dövlət Suverenliyi Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
13:07 20.09.2025
Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
12:59 20.09.2025
Azərbaycan paracüdoçusu Avropa çempionatında finala yüksəlib
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
12:53 20.09.2025
Dnepropetrovskə hücum nəticəsində ölənlərin sayı 3-ə, yaralıların sayı isə 30-a çatıb
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
12:49 20.09.2025
Marta Kos: Aİ və Ermənistan heç vaxt indiki qədər bir-birinə yaxın olmayıb
Xankəndidə Şəhər Günü qeyd olunur
12:45 20.09.2025
Xankəndidə Şəhər Günü qeyd olunur
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
12:41 20.09.2025
Turistlər Antalyadakı hotellərdən təxliyə olunurlar
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
12:41 20.09.2025
Kəlbəcər şəhərinə növbəti köç karvanı yola salınıb - FOTO
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var
12:33 20.09.2025
Bakıda 26 yaşlı oğlan bıçaqlandı - Saxlanılan var