Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin kollegiyasının “Gənclərin qeyri-hökumət təşkilatları tərəfindən gənclər siyasətinin əsas istiqamətlərinə uyğun olaraq hazırlanmış layihələrin qismən maliyyələşdirilməsi haqqında” qərarını, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci fəslinin 10-cu maddəsini və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının icrasının vacibliyini nəzərə alaraq, gənclər təşkilatlarının layihələrinin qismən maliyyələşdirilməsi ilə bağlı Dövlət Proqramının aşağıdakı bəndləri üzrə layihələr qəbul edilmişdir. - 6.2.3. Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi; - 6.2.6. Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması; - 6.2.7. Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi; - 6.2.9. Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi; - 6.2.12. Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması; - 6.3.7. Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması; - 6.3.11. İnternet jurnalistikası üzrə təlimlərin təşkili; - 6.4.6. İnternat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi; - 6.5.9. Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi; - 6.6.2. Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi; - 6.6.6. Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi; - 6.8.1. Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi. Müsabiqəyə 80 təşkilat layihə təqdim etmişdir. 8 təşkilat gənclər təşkilatı olmadığı üçün onların layihələrinə baxılmamışdır. 72 gənclər təşkilatının layihələri təhli edildikən sonra 52 layihənin maliyyələşdirilməsinə qərar verilmişdir. Ümumulikdə 52 gənclər təşkilatının layihəsinə 965.940 (doqquz yüz altmış beş min doqquz yüz qırx) manat məbləğində maliyyə vəsaiti ayrılmışdır. Bu layihələrin icrası 2013-cü ilin yanvar ayından başlayacaqdır. Elektron xidmətlərin tətbiqi ilə əlaqədar olaraq, ilk dəfə olaraq layihə və ona əlavə edilmiş sənədlər PDF və word formatda qəbul edilmişdir.
№ | Gənclər təşkilatının adı
| Layihənin adı |
1. | “Bakı Gənclər Klubu” İctimai Birliyi
| Qəhrəmanlar unudulmasın |
2. | “Odlar Yurdu” Gənclər İctimai Birliyi
| Keçmişini öyrən gələcəyini qur |
3. | Uşaq vəGənclərin Xeyriyyə Fondu | İnformasiya müharibəsində həqiqətlərin ictimaiyyətə çatdırılması istiqamətində gənclərin təşəbbüslərinin artırılması |
4. | “Gələcəyə İnamlı Gənclər” İctimai Birliyi | Dini qavrayış və qarşılıqlı anlaşma tədris kursları |
5. | “Nur” Uşaq və Gənclərin İctimai Birliyi | Kiber gənclər |
6. | “Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyəti” İctimai Birliyi | Gənc Alimlərin II Respublika Elm Festivalı |
7. | “Gələcəyə Doğru Gənclərin İnkişafı” İctimai Birliyi | Dəyərlərimizə hörmətlə |
8. | “Gəncliyin Elmi Mədəni” İnkişafı İctimai Birliyi | Bir bayraq altında |
9. | “Dünya Gənclər Alyansı” İctimai Birliyi | Müstəqilliyimiz Əbədidir, Daimidir, Dönməzdir |
10. | "Gənclərin Töhfəsi Ictimai Birliyi" | Ictimai yerlərdə əyani vasitələrlə dövlət rəmzələrinin təbliği işi |
11. | Gənc Vətənpərvərlər Birliyi | Ümumi,orta və ali təhsil müəssisələrində fiziki hazırlıq vasitəsiylə dövlət rəmzlərinin təbliği üzrə yeni təşəbbüslər |
12. | “Türkiyə Universitetləri Məzunları” İctimai Birliyi | Tələbələr arasında dövlət rəmzlərinin təbliği |
13. | “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi | Azərbaycani Tanı, Sev, Qoru, Yaşat! |
14. | “Azad Həmfikirlər” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi | Sərhəd rayonlarında fəaliyyət göstərən gənclər toplumlarında vətənpərvərlik tərbiyəsinin güclənirilməsi |
15. | Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı | İstedadlı gənclərin vətənpərvərlik çağrışları |
16. | “Uğurlu Gələcək” İctimai Birliyi | Regionlarda peşə təhsili üzrə məsləhət xidmətinin yaradılması |
17. | “Gənclər Arasında Mübadilə” İctimai Birliyi | Karyera emalatxanaları |
18. | Gənc Mühasiblər Birliyi | Regionlarda təhsil imknaları olmayan gənclər üçün müxtəlif sahələr üzrə peşə təlimlərinin təşkili |
19. | “Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım” Ictimai Birliyi | Yeniyetmə və gənclərin peşə seçiminə kömək və müasir peşəyönümlü xidmətlər |
20. | “Demokratik Gənclər” Ictimai Birliyi | "Peşələri məsafədən seçək" distant məlumat məsləhət xidmətinin yaradılması |
21. | “Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi | Məcburi köçkün gənclərin karyera quruculuğunun və peşəkarlığının inkişafı |
22. | Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı | Gənclərin rəqəmsal inkişafı-internet jurnalistika üzrə maarifləndirmə |
23. | “İnnovasiyaya Doğru” Gənclərə Dəstək İctimai Birliyi | İnternet medianın etik qaydaları |
24. | “Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi | Gənc baxış internet jurnalistikası |
25. | Azərbaycan Maarifçi Gənclər Təşkilatı | İnternet jurnalistika klubunun yaradılması |
26. | Yeni Yazarlar və Sənətçilər Qurumu | Fəal gənclər və liderlər üçün internet jurnalistikası (sosial media), blogerliklə bağlı real, elecə də virtual, distant məsafəli təlimin təşkili, yeni mediaya aid elektron dərsliklər, E-kitab formasında elmi praktik ədəbiyyatın hazırlanıb portalda yerləşdirilməsi, sosial şəbəkələrdə geniş fəaliyyət |
27. | Gənclər Təşkilatları Milli Şurası | Xətdə gənclərin sosial şəbəkə və İKT layihəsi |
28. | “Uğur” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi | Gənclər arasında internet jurnalistikasının və bloqerlik fəaliyyətinin inkişafına yardım |
29. | “Təkan” Tələbə Gənclərin İctimai Birliyi | ali təhsil müəssisələrində jurnalistika üzrə təhsil alan 1-ci kurs tələbələri üçün PR və jurnalistika üzrə təlim düşərgəsinin təşkili |
30. | “Gənc Sahibkarlar Klubu” İctimai Birliyi | Kimsəsiz uşaqlar üçün peşə kurslarının təşkili |
31. | “Gənclərin Sosial Problemlərinin Həllinə Kömək” İctimai Birliyi | Kimsəsiz və aztəminatlı gənclərin məşğulluğuna kömək |
32. | “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi | Beyləqanda və Beyləqan ərazisində salınmış məcburi köçkün qəsəbələrində zəif, unudulmuş qruplardan olan insanlara və ahıllara sosial xidmətlərin göstərilməsi məqsədilə gənc könüllülər şəbəkəsinin yaradılması |
33. | “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyi | Step İn! Gənclərin könüllülük layihəsi |
|