Bu da oldu: Həbsxanaya narkotik daşıyan pişik tutuldu

DÜNYA
12:37 21.10.2021
2601

Rusiyada həbsxanaya narkotik daşıyan pişik aşkarlanıb.

AZXEBER.COM xəbər verir ki, Rusiyanın İvanovo vilayətində yerləşən 4 saylı Cəzaçəkmə Müəssisəsində mühafizəçilər narkotik vasitələri boynundakı zəncirdə daşıyan bir pişiyi tutublar.

Rusiya Federal Həbsxana Xidmətindən (FSIN) verilən açıqlamada bildirilib ki, 4 saylı Cəzaçəkmə Müəssisəsində gəzən pişiyin yaxasında tapılan maddənin mühafizəçilərin diqqətini çəkdiyi və aparılan ilkin araşdırmalardan sonra həmin maddənin narkotik olduğu ortaya çıxıb.

Pişiyin yaxasındakı zəncirdən5,91 qram marixuana götürülüb.

İbtidai istindaq zamanı bu üsulla çöldən həbsxanaya külli miqdarda narkotik vasitənin daşındığı və bu işdə birbaşa həbsxanada çalışanların da əli olduğu aydınlaşıb.

Faktla bağlı araşdırma başlayıb.

Ayşən

OXŞAR XƏBƏRLƏR