Bu da Qəddafinin son şeiri

Bu da Qəddafinin son şeiri
MARAQLI
01:34 30.10.2011
4780
Tanrım, Liviyadan muğayat ol!Mühəmmər Qəddafinin ələ keçdiyi kanalizasiya borusunda axtarış zamanı diktatora məxsus bir çox əşyalarla yanaşı bir dəftərçə də tapılıb. Məlum olub ki, Qəddafi boruda olduğu müddət ərzində vəsiyyətnaməylə yanaşı, bu dəftərçəyə bir neçə şeir də yazıb. Bu şeirlərin bir neçəsi artıq dünyanın internet portallarında onun öz əlyazmasında yayımlanıb. Oxucularımız üçün maraqlı olacağını düşünüb onun bir şerini dilimizə uyğunlaşdırdıq. Çevirmən Qəddafinin xəttinin pis olması ucbatından şeirdə bəzi dil xətalarına görə oxuculardan bəri başdan üzr istəyir. Əlvida Quşlarına göy, göylərinə quş olduğum ölkəm əlvida! əlimdən gəlsəydi, quraqlıqdan əzab çəkən göylərinə qar yağardım. Axtarıb tapardım yoxa çıxan Allahını. Bütün ömrümü çaylarının sahilində ağlardım ki, Suların bol, dəryaların dərin olsun. Nəhəng bir ağac kimi ucalardım başın üstə Səhraların sərin olsun. Mən isə... mən isə vur-tut tənha hökmdar oldum; Vəhşi xalqın vəhşi hökmdarı. əlvida Liviya! Uşaqlığımı sən mənə bağışlamışdın, qocalığımı mən sənə bağışlayıram. Üşüməyi küləklərindən öyrəndim, Çürüməyi sümüklərindən. Qadınlarından atıb getməyi, Kişilərindən bir də geri dönməməyi öyrəndim. Atamdan vaxtsız ölməyi, anamdan dözməyi, Yəni ölməməyi öyrəndim. Sənin olmadığın yerlər mənim üçün vətən deyil, Liviya! Budur, quzğunların gözlərimi deşməyə hazır. Ilanların sürünür bədənimdə Qarışqaların yuvalarına sürüyür məni, Milçəklərin eşir yaralarımı. Məni sən ələ verdin, Liviya! Ax, zalım vətən! Halına acımadan sevməmək olmur səni. Əlvida! Adəmdə sevən, Həvvada günaha batan Tanrım, Peyğəmbərdə öyrədən, müdrikdə düşünən, Şairdə əzab çəkən Tanrım, Məcnunda divanə olan, Leylada darıxan Tanrım, Qılıncda kəsən, boğazda qan axan Tanrım, Liviyanı sənə tapşırıram, Yurdumdan muğayat ol. Əlvida Liviya! Ərəb dilinin məğrib ləhcəsindən çevirdi: Aqşin YeniseyMənbə: kulis.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Vikinq" - "Sabah" matçına start verildi - Canlı
00:08 05.11.2026
"Vikinq" - "Sabah" matçına start verildi - Canlı
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
00:03 05.11.2026
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
00:00 05.11.2026
Komitə Samvel Karapetyan və daha 8 nəfərin həbsini tələb edib
Sabah bir rayonda qaz olmayacaq
23:56 04.11.2026
Sabah bir rayonda qaz olmayacaq
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
23:54 04.11.2026
Xamenei: "ABŞ-nin İrana qarşı siyasəti dəyişməyəcək"
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
23:50 04.11.2026
"Fənərbağça" "Liverpul"u son dəqiqələrdə məğlub etdi
“Tramp hələ də sizin prezidentinizdir”
23:45 04.11.2026
“Tramp hələ də sizin prezidentinizdir”
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
23:26 04.11.2026
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
23:04 04.11.2026
Belqorodda Ukrayna PUA-sının mikroavtobusa hücumu nəticəsində 3 nəfər ölüb
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
23:00 04.11.2026
UEFA Çempionlar Liqası: "Vikinq" və "Sabah" komandalarının start heyətləri açıqlanıb
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
22:50 04.11.2026
Polad Həşimovun anasının səhhətində problem yarandı: Təcili xəstəxanaya yerləşdirildi
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
22:44 04.11.2026
Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
22:33 04.11.2026
Tramp İrana qarşı 1979-cu ildə tətbiq edilən sanksiyaları daha bir il uzadıb
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
22:24 04.11.2026
Bəzi tibb müəssisələrinin rəhbərlərinə xəbərdarlıq edildi: Vəzifələrindən azad olunacaqlar?
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
22:14 04.11.2026
Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib
22:04 04.11.2026
UEFA Avropa Liqasında IV tura bir oyunla start verilib