Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən verilən məlumata görə, bu günə qədər 104 min 230 abituriyent elektron ərizəsini təsdiqləyib.
Abituriyentlərin 93 min 184 nəfəri Azərbaycan bölməsinə, 11 min 46 nəfəri rus bölməsinə müraciət edib. Azərbaycan bölməsində I qrup üzrə 29 min 497, II qrup üzrə 22 min 526, III qrup üzrə 27 min 801, IV qrup üzrə 13 min 360 abituriyent elektron ərizələrini təsdiqlədib. Rus bölməsində isə I qrup üzrə 3 min 204, II qrup üzrə 3 min 154, III qrup üzrə 3 min 294, IV qrup üzrə 1394 abituriyent elektron ərizələrini təsdiqlədib.