Bu gün Aysel Teymurzadənin 22 yaşı olur

ŞOU-BİZNES
19:33 24.04.2011
2299

AZXEBER.COM-un məlumatına görə, Aysel Teymurzadə 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Atası ixtisasca jurnalistdir. Uzun illər Azərbaycan Dillər Universitetinin fəlsəfə kafedrasının müdiri olub. Anası Svetlana xanım elmlər doktoru və Bakı Slavyan Universitetinin müəlliməsidir. Özündən 16 və 14 yaş böyük iki bacısı var. Uşaqlıqda üzgüçülük, bədii gimnastika ilə məşğul olub, balet məktəbində dərs alıb. 9 yaşında incəsənət məktəbinə daxil olub, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olunub və idmanla ciddi məşğul olmaq fikrinə düşüb. Eyni zamanda, xarici dilləri öyrənməyə başlayıb, hazırda ingilis, alman, ispan, rus və türk dillərində danışa bilir. 14 yaşından xoreoqrafiya ilə məşğul olmağa başlayıb. 2006-cıl ildə Bakı “İntellekt” liseyini bitirib. 2001-2005-ci illərdə fortepiano dərsləri alıb.

Hələ uşaq vaxtlarından oxumağa meyl edib. “Pöhrə” və “Tələbə baharı” müsabiqələrinin iştirakçısı olub.

2004-cü ilin avqustunda ABŞ-ın Texas ştatında High School-a daxil olub. 2005-2006-cı illərdə burada oxuyub. Bu müddət ərzində Amerikada gənclərin musiqi müsabiqələrində çıxış edib və hətta qızıl medala layiq görülüb. Azərbaycana qayıtdıqdan sonra Yeni Ulduz-4 telelayihəsində iştirak edib.

Hazırda Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsinin tələbəsidir.

İctimai Televiziyanın keçirdiyi daxili seçim turlarının nəticəsinə əsasən Moskvada Avroviziya 2009 mahnı müsabiqəsində Azərbaycanı Arəşlə birgə "Always" mahnısı ilə təmsil etdi və üçüncülük əldə etdi.

Aysel Teymurzadə Evroforum.som.ru internet forumunda "Avroviziya gözəli" seçilib.

OXŞAR XƏBƏRLƏR