Bu gün Bakıda flaşmob olacaq

GƏNCLİK
09:38 12.04.2011
2113
Belə ki, ATGTİ-nin Ekologiya işçi qrupunun təşkilatçılığı ilə 12 aprel 2011-ci il tarixdə, saat 17:00-da Park Bulvar Ticarət Mərkəzində “Təmiz dünya naminə” adlı ekoloji flaşmob həyata keçiriləcək. Flaşmobda 100-dən çox gəncin iştirakı gözlənilir.

Flaşmobun əsas məqsədi dünya ictimaiyyətinin diqqətini ekologiya və təmiz dünya məsələlərinə yönəltmək, eyni zamanda, Azərbaycan gənclərinin bu məsələlərdən xəbərdar olduğunu və ekologiyanın qorunmasına biganə qalmadıqlarını göstərmək, ətraf mühitin qorunması, ekoloji mədəniyyətin insanlara fərqli formada aşılanmasını təmin etməkdir.

OXŞAR XƏBƏRLƏR