Bu gün də Əli Kərimlinin evinin önündə etiraz aksiyası keçirildi

Bütün Xəbərlər
09:25 01.04.2011
1982

Ə.Kərimlinin əleyhinə yazılmış plakatlar daşıyan gənclər bildiriblər ki, Azərbaycanda siyasi sabitliyi pozmaq istəyənlər düşmənimiz olan ermənilərə xidmət edirlər. 

Aksiya iştirakçıları “Əli Kərimliyə ar olsun”, “Əli Kərimli gəncləri uçuruma sürükləyir”, “Əli Kərimli səndə insanlıqdan əsər-əlamət yoxdur”, “Xalq səni sevmir”, “Əli Kərimliyə yox deyək”, “Azərbaycan gəncliyi belə müxalifəti istəmir”, “Terrorçu Əli Kərimli sənə ar olsun”, “Yeni Azərbaycan Partiyası və İlham Əliyevə eşq olsun” şüarları səsləndiriblər. Əli Kərimlinin evinin balkonundan isə bir xanım aksiya iştirakçılarına yumurta atıb. 

Aksiyada Əmir Hacılı adlı bir şəxsin aksiya ilə bağlı fikirlərin öyrəndik: “Biz bura yığışmaqla bildirmək istəyirik ki, prezident İlham Əliyevin siyasətini hər zaman dəstəkləmişik və dəstəkləyirik. Xalqını, dövlətini satan, xaricdən maliyyələşən, dinçi radikal qrupların köməyi ilə hakimiyyətə gəlmək istəyən hər bir kəsə "yox" deyirik. Bu gün əleyhinə etiraz aksiyası keçirdiyimiz Əli Kərimli də onlardan biridir. Azərbaycan gəncliyinin yeganə yolu İlham Əliyev yoludur. Azərbaycan gəncliyi heç zaman bu yoldan dönməyəcək”. 

Aksiya iştirakçıları daha sonra Füzuli küçəsinə çıxaraq Heydər Əliyev adına Saraya tərəf yürüş ediblər. Dinc şəraitdə keçən aksiya sarayın qarşısında başa çatıb. Polis əməkdaşları ictimai asayişi və aksiya iştirakçılarının təhlükəsizliyini təmin ediblər.

Xatırladaq ki, dünən də analoji aksiya keçirilmişdi.

OXŞAR XƏBƏRLƏR