Ölkə ərazisində hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir
Oktyabrın 9-da hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Səhər zəif şimal-şərq küləyinin sürəti 5-10 m/s, gündüz mülayim cənub-şərq küləyinin sürəti 9-14 m/s, axşam 7-12 m/s təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZXEBER.COM-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun səhər 12-15, gündüz 15-19, axşam 12-14 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında oktyabrın 9-da səhər hava şəraitinin əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, bəzi şərq rayonlarında duman olacağı, Lənkəran-Astara zonasında isə az yağış yağacağı gözlənilir. Gündüz və axşam dəyişkən buludlu olacağı, əsasən yağmursuz keşəcəyi ehtimal olunur. Şərq küləyinin sürəti səhər 3-8 m/s, gündüz və axşam 5-10 m/s təşkil edəcək. Havanın temperaturunun səhər 12-16, gündüz 16-20, axşam 13-15 dərəcə isti olacağı gözlənilir. Abşeron yarımadasında hava şəraitinin tədricən sabitləşəcəyi, ayın 10-dək nisbətən mülayim keçəcəyi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.