Bu gün 39 dərəcə isti olacaq

Bu gün 39 dərəcə isti olacaq
Bütün Xəbərlər
10:00 15.06.2013
1027

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə AZXEBER.COM-a məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib. Məlumata görə, gündüz mülayim cənub-şərq küləyi əsəcək.Havanın temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22, Zaqulba, Buzovna, Mərdəkan, Şüvəlanda 22-23, Türkan, Hövsan, Şıx, Sahildə 23-24 dərəcə isti təşkil edəcək.Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Zəif şərq küləyi əsəcək.Havanın temperaturunun 31-36, bəzi yerlərdə 39 dərəcəyədək, dağlarda 21-26 dərəcə isti olacağı gözlənilir.Aqrometeoroloji şərhə görə, 15-17 iyun tarixlərində respublikanın əksər rayonlarında hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir.Bir çox rayonlarda havanın temperaturunun yüksək olması və yağıntısız hava şəraiti kənd təsərrüfatı bitkilərinin boy atmasında və inkişafında sürətləndirmə, məhsul yığımı və aqrotexniki işlərin aparılması üçün əlverişli olacaq, bilavasitə belə hava şəraiti torpaqda məhsuldar rütubət ehtiyatlarının azalmasına səbəb olacaq və aran rayonlarda suvarmaların aparılmasına ehtiyac yaradacaq.

OXŞAR XƏBƏRLƏR