'Bu gün Azərbaycana axın edən miqrantların heç də hamısı xoşməramlı deyil' - Rəbiyyət Aslanova

Bütün Xəbərlər
13:43 30.04.2013
1585

Demokratiya demokratiya yerində, böyük miqrasiya dəyərləri öz yerində, ölkənin və dövlətin milli təhlükəsizliyi isə öz yerində.

AZXEBER.COM xəbər verir ki, bunu parlamentin İnsan hüquqları komitəsinin sədriRəbiyyət Aslanovaaprelin 30-da sözügedən komitə ilə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin birgə iclasında Miqrasiya Məcəlləsi ilə bağlı qanun layihəsinin birinci oxunuşunun müzakirəsi zamanı dilə gətirib.Komitə sədrinin sözlərinə görə, istər sözügedən məcəllədə, istərsə də miqrasiya ilə bağlı digər prosedur qayadalarda, müəyyən qanunvericilik aktlarında sadələşdirmədən söhbət getdiyi halda, Avropa ölkələrində miqrasiya ilə bağlı prosseslərə tamam fərqli baxışlar ortadadır.R.Aslanova qeyd edib ki, çünki Avropa ölkələri, o cümlədən ABŞ ötən əsrin 90-cı illərinin sonlarından ciddi miqrasiya axını ilə üzləşmiş və bu prosses hələ də davam etməkdədir.“Odur ki, miqrasiya ilə bağlı məslələr Qərb ölkələrində, həmçinin təmsil olunduğumuz ən mötəbər beynəlxalq təşkilatlarda ciddi müzakirə mövzusudur.Hətta, ABŞ-da 2003-cü ildə miqrasiya ilə bağlı qanunvericiliyə ciddi dəyişikliklər olunsa belə, bu proses həmin ölkədə hələ də tənzimlənməmiş qalır. Bu da onu göstərir ki, miqrasiya axını problemi heç də çoxlarının təsəvvür etdiyi kimi sadə problem deyil.Bu gün axın edən miqrantların heç də hamısı xoşməramlı deyil. Azərbaycan hazırda dünyanın çox inkişaf etmiş ölkəsi kimi miqrantlar üçün cəlbedici bir dövlətə çevrilib. Özü də bura təkcə Pakistandan, Hindistandan deyil, böyük Çin dövlətindən də xeyli sayda miqrantlar axın etməkdədir.Onların da, heç də hamısı xoşməramlı hesab edilə bilməz. Ona görə, bu məsələdə bir qədər sərtləşdirmə nəzərdə tutulmalıdır. Ümumiyyətlə, həm müzakirəyə çıxarılan məcəllə yenidən təkmilləşdirilməli, həm də miqrasiya axını ilə bağlı məsələyə ciddi nəzarət edilməlidir. Necə deyərlər, demokratiya demokratiya yerində, böyük miqrasiya dəyərləri öz yerində, ancaq ölkənin və dövlətin milli təhlükəsizliyi isə öz yerində”.

OXŞAR XƏBƏRLƏR