Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumatına görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz yarımadanın bəzi yerlərində güclü olacaq. Temperaturun anomal gedişi gözlənir. Belə ki, gecə və gündüz 5-8 dərəcə isti, günün ikinci yarısında və axşam 3 dərəcəyədək isti təşkil edəcək.