Bu gün Azərbaycanda buraxılış imtahanları keçirilir

Bu gün Azərbaycanda buraxılış imtahanları keçirilir
Bütün Xəbərlər
10:51 07.06.2013
1272

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün Azərbaycanda növbəti buraxılış imtahanlarını keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, imtahanlar Naxçıvan MR, İmişli, Ağcabədi, Ağdam, Saatlı, Sabirabad, Füzuli, Beyləqan, Xocavənd, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Salyan, Neftçala və Biləsuvar rayonlarının bütün orta ümumtəhsil müəssisələrinin və C.Naxçıvaniski adına hərbi liseyin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada keçirilir.

Orta ümumtəhsil müəssisələrinin IX siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi məqsədilə ümumilikdə 92 imtahan mərkəzi ayrılıb.

İmtahan Naxçıvan MR-də 13, İmişlidə 4, Ağcabədidə 4, Ağdamda 3, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Beyləqanda 5, Xocavənddə 1, Lənkəranda 6, Astarada 5, Masallıda 7, Lerikdə 7, Yardımlıda 5, Cəlilabadda 7, Salyanda 4, Neftçalada 3, Biləsuvarda 4 binada, C.Naxçıvaniski adına hərbi liseyin şagirdləri üçün isə 1 binada aparılır.

İmtahanda 32 121 nəfər IX sinif şagirdinin (Naxçıvan MR-də 4375, İmişlidə 1734, Ağcabədidə 2101, Ağdamda 1369, Saatlıda 1354, Sabirabadda 2803, Füzulidə 807, Beyləqanda 1353, Xocavənddə 61, Lənkəranda 2522, Astarada 1428, Masallıda 2554, Lerikdə 850, Yardımlıda 1037, Cəlilabadda 2871, Salyanda 1889, Neftçalada 1013, Biləsuvarda 1754, C.Naxçıvaniski adına hərbi liseydə 246) iştirakı nəzərdə tutulub.

İmtahanın (9-cu sinif) idarə olunması üçün 2823 nəzarətçi-müəllim ayrılıb.

İyunun 7-də orta ümumtəhsil müəssisələrinin XI siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün ümumilikdə 92 imtahan mərkəzi ayrılıb. İmtahan Naxçıvan MR-də 13, İmişlidə 4, Ağcabədidə 4, Ağdamda 3, Saatlıda 3, Sabirabadda 6, Füzulidə 4, Beyləqanda 5, Xocavənddə 1, Lənkəranda 6, Astarada 5, Masallıda 7, Lerikdə 7, Yardımlıda 5, Cəlilabadda 7, Salyanda 4, Neftçalada 3, Biləsuvarda 4 binada, C.Naxçıvaniski adına hərbi liseyin şagirdləri üçün isə 1 binada aparılır.

İmtahanda 23 835 nəfər XI sinif şagirdinin (Naxçıvan MR-də 4406, İmişlidə 1387, Ağcabədidə 1600, Ağdamda 812, Saatlıda 829, Sabirabadda 2094, Füzulidə 643, Beyləqanda 901, Xocavənddə 39, Lənkəranda 1780, Astarada 999, Masallıda 1632, Lerikdə 497, Yardımlıda 731, Cəlilabadda 2012, Salyanda 1171, Neftçalada 733, Biləsuvarda 1149, C.Naxçıvaniski adına hərbi liseydə 240) iştirakı nəzərdə tutulub.

İmtahanın (11-ci sinif) idarə edilməsi üçün 1812 nəzarətçi-müəllim ayrılıb.

Hər iki imtahana ümumilikdə 224 imtahan rəhbəri cəlb edilib.

Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. Qeyd edək ki, TQDK tərəfindən buraxılış imtahanlarına hazırlaşan şagirdlərə kömək məqsədilə ana dili və riyaziyyat fənlərindən test tapşırığı nümunələri və təqdim ediləcək yazı işlərinin mövzuları komissiyanın internet saytında yerləşdirilib.

İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə isə 30 dəqiqə vaxt ayrılır. Yazı işi balla qiymətləndirilmir, yalnız xüsusi hallarda əlavə meyar kimi istifadə edilir. Şagirdin test tapşırıqlarına verdiyi düzgün və səhv cavablar haqqında məlumat onun imtahan verdiyi gündən etibarən 5 günədək müddətdə elan edilir.

Şagirdin 5 ballıq şkala üzrə imtahan qiymətləri bütün respublikada buraxılış imtahanları bitdikdən etibarən 10 günədək müddətdə elan edilir.

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
17:25 25.06.2025
Bakıda polis 40 kq narkotik vasitə aşkarladı - Əməliyyat görüntüləri - VİDEO
Cəlilabadda “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimat mərasimi keçirilib -FOTOLAR
17:15 25.06.2025
Cəlilabadda “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid Ailələri və Veteranları” İctimai Birliyinin rayon filialının təqdimat mərasimi keçirilib -FOTOLAR
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
16:54 25.06.2025
Tətil günlərində rayonlara getmək istəyən sürücülərin NƏZƏRİNƏ!
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
16:41 25.06.2025
NATO sammiti 2026-cı ildə Türkiyədə keçiriləcək
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
16:38 25.06.2025
Bakıda maskalı şəxs mağazadan 34 min manat oğurlayıb
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
16:19 25.06.2025
Şəhid ailələri Silahlı Qüvvələr Günü ərəfəsində Zəngilan və Cəbrayılda olublar FOTO - VİDEO
Yay aylarında necə qidalanmaq lazımdır?
15:49 25.06.2025
Yay aylarında necə qidalanmaq lazımdır?
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
15:31 25.06.2025
Paşinyanın həyat yoldaşı Antalyada milyonlar xərclədi
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
15:25 25.06.2025
Xərçəngə tutulan məşhur aparıcı vəfat etdi
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
15:22 25.06.2025
UNRWA: Qəzzada dəhşətli vəziyyətlə üz-üzəyik
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
15:15 25.06.2025
Nazilə Səfərli pnevmaniya oldu: "Arxasına balış qoyanlar sevinir"
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
15:13 25.06.2025
Bayram günlərində güclü külək əsəcək - XƏBƏRDARLIQ
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
14:57 25.06.2025
"Musiqi mənim həyatımda və bu gün səhnədə olmağımda çox böyük rol oynayıb"
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
14:56 25.06.2025
"Diqqətli olmalıyıq"- Astroloqdan XƏBƏRDARLIQ
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu
14:50 25.06.2025
Şəkilləri ilə xanımı şantaj edən sələmçi məhkəmə zalında həbs olundu
Gəncədə müəllimlər qəzaya düşdü - Xəsarət alanlar var
14:36 25.06.2025
Gəncədə müəllimlər qəzaya düşdü - Xəsarət alanlar var