Bu gün Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, yağış yağacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gecə 4-8, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimal olunur. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 5-10, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə 5-10 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacağı gözlənilir.