Bu gün Azərbaycanda neçə dərəcə isti olacaq?

Bu gün Azərbaycanda neçə dərəcə isti olacaq?
Bütün Xəbərlər
10:43 09.07.2013
6537

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 19-24° gündüz 28-33° isti olacaq. Bakıda gecə 20-22°, gündüz 31-33° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 754 millimetr civə sütunu, nisbi rütubət gecə 70-80 faiz, gündüz 55-65 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq. Naxçıvan Muxtar Respublikasında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 31-36° isti olacağı gözlənilir. Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperaturun gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir. Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 18-23°, gündüz 29-34° isti olacağı gözlənilir. Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında havanın, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və axşam bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Temperatur gecə 15-20°, gündüz 27-32° isti olacaq. Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək. Temperatur gecə 19-24°, gündüz 31-36° isti olacaq. Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Temperaturun gecə 20-24° isti, gündüz 29-34° isti, dağlarda gecə 11-16° isti, gündüz 24-29° isti olacağı gözlənilir. Tibbi-meteoroloji proqnoz İyulun 11-dək Abşeron yarımadasında davamlı xəzri küləyi fonunda əksər əhalinin uyğunlaşdığı iqlim normasına yaxın temperatur şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişlidir. 

OXŞAR XƏBƏRLƏR