Bu gün Azərbaycanda 'Son zəng' günü qeyd edilir - FOTOLAR

Bu gün Azərbaycanda
Bütün Xəbərlər
11:23 31.05.2013
2288
Bu gün Azərbaycanın ümumtəhsil məktəblərində “Son zəng” günü qeyd edilir.Bir çox məktəblər kimi Yasamal rayonunda yerləşən Arif Hüseynov adına 20 saylı orta məktəbdə də “Son zəng” tədbiri təmtəraqlı təşkil edilmişdi. Məktəbin direktoru Sabir Məmişov açıqlamasında bildirdi ki, bu il 20 saylı məktəb 8 sinifi ilə vidalaşır. Ümumilikdə 211 şagird məktəbi bitirir. Onlardan 135 Azərbaycan, 76 rus bölməsinin payına düşür.S.Məmmədovun sözlərinə görə, bu il “Son zəng” tədbiri ötən illərdə olduğu kimi yalnız məktəb daxilində keçiriləcək: “Məktəbdəki tədbirdən sonra bütün şagirdlər öz evlərinə gedəcəklər. Əlavə heç bir tədbir keçirilməyəcək. Valideynlərlə də danışmışıq ki, övladlarını bu gün bulvara, yaxud da başqa bir yerə gəzməyə buraxmasınlar”.Qeyd edək ki, 2012-2013-cü tədris ilində ümumtəhsil məktəbləri üzrə 216.734 şagird buraxılacaq. Bu göstəricidə IX sinif şagirdlərinin sayı 125.250 nəfər, XI sinif şagirdlərinin sayı isə 91.484 nəfər təşkil edir.Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil müəssisələrinin IX və XI siniflərini bitirən şagirdlərin sayı 49321 nəfərdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məlumatına görə, cari dərs ilində IX sinif üzrə təhsilini başa vuran şagirdlərin sayı 28321, XI sinfi bitirən məzunların sayı isə 21000 nəfərdir.Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisələri üzrə 2012/2013-cü tədris ilində tələbələrin gözlənilən buraxılışı 26.137 nəfərdir.Məlumatda bildirilir ki, nazirliyin tabeliyində olan orta ixtisas təhsili müəssisələri üzrə gözlənilən tələbə buraxılışı isə 10.399 nəfər təşkil edir.Bakı Şəhər Baş Polis İdarəsi hər il olduğu kimi bu il də “Son zəng” tədbirlərilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. Paytaxtda fəaliyyət göstərən bütün məktəblər polisin nəzarətinə götürüləcək, orta məktəblərin yerləşdiyi ərazilərdə polis naryadlarının sayı artırılacaq və “Son zəng”lə bağlı tədbirlərin məktəblərin ərazisindən kənarda keçirilməsinə imkan verilməyəcək.Bu gün bütün orta məktəblərdə “Son zəng” tədbirləri saat 10:00-dan başlayacaq, üç saat müddətində yalnız təhsil müəssisəsinin ərazisində keçiriləcək. Bununla bağlı məktəb rəhbərlərinə müvafiq tapşırıqlar da verilib. Bildirilib ki, “Son zəng”lə bağlı məktəb ərazisindən kənarda keçirilən tədbirdə hər hansı hadisə baş verərsə, məsuliyyət təhsil ocağının deyil, valideynlərin üzərinə düşəcək.//anspress
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
01:57 25.06.2025
Rutte: NATO-nun hərbi xərcləri son 10 ildə 1 trilyon dollar artıb
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
00:22 25.06.2025
Netanyahu: "İsrail İrana qarşı müharibədə "tarixi qələbə" qazandı"
Putinlə Lukaşenkonun telefon danışığı oldu
23:56 24.06.2025
Putinlə Lukaşenkonun telefon danışığı oldu
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
23:51 24.06.2025
Ukrayna və Danimarka birgə silah istehsalına dair saziş imzalayıb
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
23:46 24.06.2025
Britaniya ərazisində mümkün müharibəyə hazırlığa çağırılıb
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
23:18 24.06.2025
İsrailin hücumları nəticəsində İranın daha iki generalı öldürülüb
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
23:07 24.06.2025
Polşanın XİN başçısı: Vətəndaşlarımız təxliyəyə görə Azərbaycana minnətdardırlar
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
22:56 24.06.2025
16 yaşlı qızı qaçırmaqda ittiham olunan din xadimi vəzifəsindən azad edildi
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
22:45 24.06.2025
Pezeşkian: İran bütün qonşu ölkələrlə sülh və birgə yaşayışa inanır
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
22:20 24.06.2025
Pezeşkian: İsrail öz məqsədlərinə nail ola bilmədi
İran hava məkanını beynəlxalq reyslərə açıb
22:16 24.06.2025
İran hava məkanını beynəlxalq reyslərə açıb
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
21:51 24.06.2025
ASGA Minskdə Azərbaycan-Belarus Gənclər Forumu" çərçivəsində daha bir önəmli görüş reallaşdırdı - FOTO+VİDEO
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
21:40 24.06.2025
Oğurluqda ittiham olunan erməni deputatın Rusiyaya girişi qadağan edilib
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
21:32 24.06.2025
Avtomobil motosikletlə toqquşdu - Xəsarət alan var
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
21:25 24.06.2025
İsrail Ordusunun Baş Qərargah rəisi: İrana qarşı kampaniya bitməyib
Trampla Zelenskinin görüş tarixi məlum oldu
21:11 24.06.2025
Trampla Zelenskinin görüş tarixi məlum oldu