Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür
Bütün Xəbərlər
00:01 07.02.2012
2298
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. İbrahimov Mübariz Ağakərim oğlu 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. 1994-2005-ci illərdə Əliabad kənd orta məktəbində təhsil alıb. 2005-ci ildə Daxili Qoşunların N saylı hərbi hissəsinin xüsusi təyinatlı bölüyündə hərbi xidmətə başlayıb. 2007-ci ildə hərbi xidməti başa vurandan sonra bir müddət mülki işlərdə işləyib. 2009-cu ilin avqustunda öz arzusu ilə yenidən hərbi xidmətə gedib. 2010-cu ilin aprel ayından Tərtər rayonunun N saylı hərbi hissəsində xidmətə başlayıb. 19 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində İbrahimov əməliyyat zamanı 1 kilometrlik neytral məsafəni (minalanmış sahəni) tək keçib, düşmənin əsgər və zabitini məhv edib. 19 iyun 2010-cu il tarixində Ermənistan hərbçiləri ilə döyüşdə qəhrəmancasına həlak olub. Prezident İlham Əliyevin 22 iyul 2010-cu il tarixli sərəncamı ilə İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib. Biləsuvar şəhərindəki mərkəzi küçələrdən birinə, şəhərdəki xüsusi istedada malik uşaqlar üçün lisey-məktəbə onun adı verilib. İbrahimovun meyiti ötən il noyabrın 6-da Azərbaycana təhvil verilib, noyabrın 7-də II Fəxri xiyabanda dəfn olunub.