Bu gün Bakıda 22 dərəcə isti gözlənilir

Bu gün Bakıda 22 dərəcə isti gözlənilir
Bütün Xəbərlər
10:33 10.11.2012
835
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Temperatur gecə 12-15°, gündüz 17-22° isti olacaq. Bakıda gecə 12-14°, gündüz 19-21° isti olacaq.Noyabrın 11-də Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişməsi, güclü xəzri küləyi fonunda temperaturun xeyli enməsi meteohəssas insanlar üçün əlverişsizdir. 12-də soyuq hava şəraiti bəzi insanlarda diskomfort hissi yaratsa da, oksigenlə zəngin havanın üstünlüyü müsbət amildir.Naxçıvan Muxtar Respublikasında əsasən gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 4-9°, gündüz 17-22° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 2-7°, gündüz 10-15° isti olacağı gözlənilir.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 9-13°, gündüz 15-20° isti olacaq.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir yağış yağacağı ehtimalı var. Temperaturun gecə 6-10°, gündüz 13-18° isti, dağlarda 3-6°, gündüz 7-10° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperatur gecə 10-15°, gündüz 17-22° isti olacaq.
OXŞAR XƏBƏRLƏR