Azərbaycan Respublikası Kinologiya İttifaqı Makedoniya və Özbəkistan respublikalarının kinologiya federasiyaları ilə birgə oktyabrın 19-dan 21-dək Bakıda “CASPIAN SEA WINNER 2012” adlı kinoloji festival-sərgi keçirəcək.Qeyd edək ki, sərginin təşkilatçısı olan Azərbaycan Respublikası Kinoloqlar İctimai Birliyi (ARKİB) 2001-ci ildən fəaliyyətə başlamışdır və hazırda ölkədə İctimai Birlik statusunu almış yeganə kinologiya cəmiyyətidir.ARKİB-dən verilən məlumata görə, sərgidə 50 müxtəlif cinsdən olan 130-dan çox it nümayiş etdiriləcək.Festival-sərgidə “Akita-Inu”, “Malteze, Bishon”, “Frize” və Azərbaycanda nadir cinslər hesab edilən digər itlər də nümayiş olunacaq.Çexiya, Makedoniya, Ukrayna, Belarus və Azərbaycandan olan ekspertlərin hakimlik edəcəkləri festival-sərgidə “dördayaqlı idmançılar” Makedoniya, Özbəkistan, Azərbaycan və beynəlxalq çempionlar titulları uğrunda yarışacaqlar.