“Mercedes-Maybach S-Class 500”.
Bakıda daha bir lüks avtomobil satışa çıxarılıb.
AZXEBER.COM xəbər verir ki,Turbo.Azsaytında “Mercedes-Maybach S-Class 500” markalı maşının satışı haqqında elan yerləşdirilib.
2015-ciil istehsalı olan və interyeri göz oxşayan avtomobil görənləri heyrətə gətirib.
“Mercedes-Maybach S-Class 500” markalı avtomobili 8 silindirli, 4.7 litr həcmində, 456 at gücündə mühərrik (Twin-Turbo) ilə təchiz olunub.
Avtomobil saatda 100 km/s-dək sürət yığmaq üçün cəmi 5 saniyə sərf edir.
Maşının maksimal sürəti saatda 250 kilometrdir.
Satışa çıxarılan “Mercedes-Maybach S-Class 500” markalı avtomobili 331 266 AZN-ə (315 500 dollar) başa gələcək.
Qeyd edək ki, “Mercedes-Maybach S-Class” öz sinifində ən prestijli avtomobillərdən biri hesab olunur. O avtomobildəbdəbəsində, hətta ən təcrübəli tamaşaçı üçün, diqqət və hədsiz maraq mərkəzinə çevrilib.