Bu gün Bakıda və respublikanın bəzi rayonlarında təbii qazın verilişində məhdudiyyətlər olacaq.
ARDNŞ-in «Azəriqaz» İstehsalat Birliyindən verilən məlumata görə, təbii qaz təchizatında fasilələr aparılan təmir işləri ilə bağlıdır. Məlumata görə, bu gün saat 18:00-dək Abşeron rayonunun bir hissəsinə, saat 13:00-dək Qazax rayonunun bir hissəsinə, saat 14:00-dək Yasamal rayonunun bir hissəsinə, saat 13:00-dan 17:00-dək Nərimanov rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Balakən rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.(APA)