Bu gün Bakının hansı rayonlarında su olmayacaq?

Bu gün Bakının hansı rayonlarında su olmayacaq?
Bütün Xəbərlər
11:11 06.06.2013
1269

Bakı şəhərinin Yasamal rayonu ərazisində magistral su xətləri üzərində sayğacların quraşdırılması işləri  ilə əlaqədar bu gün paytaxtın Yasamal və Səbail rayonlarının bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. 

“Azərsu” ASC-nin mətbuat xidməti şöbəsindən verilən məlumata görə, paytaxtın Suraxanı rayonu ərazisində yerləşən “+70 Dədə Qorqud” su anbarının çıxış xətlərindən birində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar bu gün Hövsan qəsəbəsinə içməli su gün ərzində müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abunəçilərdən üzr istəyir.

OXŞAR XƏBƏRLƏR