“Azəriqaz” məlumat yaydı.
Bu gün Bakının Sabunçu və Xəzər rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
Bu barədə AZXEBER.COM-a “Azəriqaz” İB-dən məlumat verilib.
Qurumdan verilən məlumata görə, bu gün saat 10:00-dan 18:00-dək Sabunçu rayonunun Nardaran qəsəbəsinə, Maştağa qəsəbəsinin bir hissəsinə, 2-ci sovxoz və Lahıc bağları adlanan yaşayış sahələrinə, həmçinin Xəzər rayonunun Pirallahı qəsəbəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
Qeyd edək ki, məhdudiyyətin yaranmasına səbəb qaz təchizatının yaxşılaşdırılması məqsədilə kəmərlər üzərində qaz tənzimləyici qurğuların quraşdırılması və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə bağlıdır.