Bu gün bələdiyyə seçkilərinin nəticələrinə yekun vurulacaq

SOSİAL
11:14 11.01.2020
4731
Bu gün Azərbaycanda keçirilmiş sonuncu bələdiyyə seçkiləri ilə bağlı səsvermənin nəticələrinə yekun vurulacaq.

AZXEBER.COM report-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) iclası keçiriləcək.

Qeyd edək ki, Seçki Məcəlləsinin 108.2 və 239-cu maddələrinə əsasən, səsvermə günündən başlayaraq ən geci 20 gün müddətində, yəni, yanvarın 12-dək MSK tərəfindən seçkilərin yekunları yoxlanılmalı və təsdiq edilməlidir.

Xatırladaq ki, Azərbaycanda bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də keçirilib. Seçkilərdə 13 siyasi partiya iştirak edib, 41 462 namizəd qeydiyyata alınıb. Səs vermək hüququna malik 4 972 356 seçicinin adı seçici siyahısına daxil edilib. Seçki məntəqələrində seçici fəallığı 32.72% faiz olub. Belə ki, səsvermə hüququna malik 4 972 356 seçicidən 1 627 064 nəfəri səs verib.

OXŞAR XƏBƏRLƏR

X Mostbet