Bu barədə ANS PRESS-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, Bakının Azadlıq meydanı, Azneft meydanı, Neftçilər prospekti, Teymur Elçin küçəsi, Mehdi Hüseyn küçəsi, Parlament, Hüseyn Cavid, İnşaatçılar, Zərifə Əliyeva prospektləri, o cümlədən S. Vurğun, Bülbül, Üzeyir Hacıbəyov, Puşkin küçəsi və Azadlıq meydanında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.Adıçəkilən istiqamətlər səhər saat 10:00-dan tədbir başa çatanadək bağlı olacaq. Həmin istiqamətlərdə şəxsi avtomobillərindən istifadə etməmək tövsiyyə edilir.