Bu gün hava isti olacaq - PROQNOZ

Bu gün hava isti olacaq -  PROQNOZ
Bütün Xəbərlər
01:04 13.10.2013
1260

Bu gün Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Cənub küləyi əsəcək.

Bu barədə AZXEBER.COM-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, havanın temperaturu gecə 13-16, gündüz 19-23 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da oktyabrın 13-də hava əsasən yağmursuz keçəcək, səhər bəzi yerlərdə duman olacaq, lakin axşam ayrı-ayrı yerlərdə yağış yağacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 8-13, gündüz 20-25 dərəcə, dağlarda gecə 1-6, gündüz 13-18 dərəcə isti olacaq.

OXŞAR XƏBƏRLƏR