Bu gün Media FM-də Hacı Nuranla bağlı xüsusi veriliş olacaq

Bu gün Media FM-də Hacı Nuranla bağlı xüsusi veriliş olacaq
MEDİA
14:52 18.09.2012
1849
Bu gün saat 18:00-da Media FM radiostansiyası məşhur teleaparıcı, hal-hazırda ağır xəstəlikdən əziyyət çəkən Hacı Nurana (Nuran Hüseynov) dəstək məqsədilə xüsusi radiomarofona start verəcək. AZXEBER.COM-a bu haqda tanınmış DJ-lərdən olan Fateh məlumat verib. O bu haqda deyib: “Aparıcımız və radiomuzun direktoru Tural Badikübə dinləyicilərə keçirəcəyi vaxt ərzində, Nuran Hüseynova kömək etmək üçün ictimaiyyətə ilk müraciəti etmiş Bəhram Bağırzadə və tələb olunan vəsaitin toplanması ilə məşğul olan könüllüləri qonaq edəcək. Əminik ki, Media FM dinləyiciləri bu axşam bizi və bu xəstəlik dövründə Hacı Nuranı tək qoymayacaqlar. Biz 9 milyonuq və bizdən birinə kömək lazımdır”.Xatırladaq ki, Hacı Nuran ağır xəstəlikdən əziyyət çəkir və müalicəsi üçün 100 min avro tələb olunur.
OXŞAR XƏBƏRLƏR