May ayının 29-30-u və iyun ayının 2-i, “Baku Creativ Centre”də tanınmış fotoqraf Məhəd Musaoğlunun “550” adlı açıq sərgisi keçiriləcək. Sərgi saat 18.30-da başlayacaq.Fotoqrafın AZXEBER.COM-a verdiyi məlumata görə, onu bu sərgidə əsas məqsədi minimum imkanlara sahib olan fotokamerası ilə yüksək keyfiyyətli fotolar çəkdiyini göstərməkdir.Hər zaman öz ideaları ilə fərqlənən M.Musaoğlu sərgiyə verdiyi “550” adının İngiltərə kralicası 2-ci Yelezabetin sarayında Cim adlı fotoqrafla söhbəti zamanı meydana gəldiyini bildirib: “Cim mənim fotoqraf olduğumu bildikdən sonra, çəkdiyim bəzi şəkilləri ona göndərməyimi istədi. Şəkilləri göndərdiyimdə, mənə şəkillərdə istifadə etdiyim kameranın yüksək keyfiyyətli olub-olmadığını soruşdu. Mən də cavabımda bu şəkillərimin elə də bahalı kameradan istifadə etmədiyimi bildirdim. Bundan sonra Cim mənə sərgi keçirtməyi təklif etdi. Sərginin adının da məhz 550 olmasını istədi”.Qeyd edək ki, sərgidə dövlət xadimləri, şou-biznes nümayəndələri və bir çox tanınmış simalar da iştirak edəcək.Ozal İbrahimli