"Bu gün məni əzib, şərləməklə maşını əldə etdiniz, bəs sabah necə olacaq?" - MÜSAHİBƏ

"Bu gün məni əzib, şərləməklə maşını əldə etdiniz, bəs sabah necə olacaq?" - MÜSAHİBƏ
MAQAZİN
14:57 23.10.2017
10570

"Məni əzmək üçün hər yola əl atdılar”

AZXEBER.COM-un müsahibi ATV-də yayımlanan "Maşın şou"da ehtiraslı çıxış ilə yadda qalan telejurnalist Ülviyyə Alovludur. 

- "Maşın şou”da iştirakınız birmənalı qarşılanmadı. Bu şouda nə qazandız, nə itirdiz?

-"İtirdiyim bir şey olmadı. Qazandığım şeylər çox oldu. Mənitanımayanlar da tanıdı. Bu şouda iştirak bir nömrəli reklamdır. Mən bu verilişə bundan öncə də dəfələrlə təklif almışdım amma bəzi səbəblərdən alınmamışdı. Murad bəy mənim verilişlərimdə sevə -sevə iştirak edib. Ona görə mən də bu dəfə onun şousuna qatıldım. Bəzən mənə deyirlər ki, oranı bəyənmirsənsə, niyə gedirdin? Sadəcə mən düşünmürdüm ki, belə dəhşətli bir heyət olacaq. Oyunda iki –üç tirəlik edənlər var idi. Mən onu edə bilməzdim. Bu da mənim prinsipimdir. İkinci qazancım isə o oldu ki, mən anladım ki, mənim orada rəqibim yoxdur. Yeganə rəqibim nəfisimdir, ona da Allaha şükür qalıb gəldim. Mən bütün oyunun gedişatını görürdüm. Əgər istəsəydim altdan-alta çox şey edərdim. Mən bu gün maşında uduza bilərəm amma mənəviyyatımı itirmədim. Yəqin tamaşaçılar gördü ki, mən heç İlkinlə mübarizə aparmadım”

- Şou zamanı ən çox danışan və qalmaqalla yadda qalan iştirakçılardan biri olduz. Bu nə ilə bağlı idi, təşkilatçıların tapşırığı idi yoxsa təbiətcə belə aqressivsiz?

- Belə görünməyimə səbəb haqsızlıq görməyim oldu. Mən əvvəlcə haqsız olan tərəfin yanında olmaq istədim, sonra gördüm ki, onlar da bunu anlamırlar. Anladım ki, haqqı ədaləti bərpa etmək qeyri-mümkündür, o zaman getmək istədim. Aqressiv deyəndə mən elə ona görə bu şoudan qorxurdum. Bilirdim ki, haqsızlıq qarşısında susa bilməyəcəm.

Bildiyiniz kimi telefonlarımız alınmışdı. Kənardan efiri görəndə anladım ki, ədalət naminə mübarizə apara-apara onlara oxşayıram. İlkin deyəndə ki, səni çıxarıram, heç bir etiraz etmədim. İstəsəydim fikrindən döndərib, istədiyim qədər qalardım. Təşkilatçılara qarşı hörmətsizlik edib, əlimi çəkə bilmədim və sona qədər səsvermənin nəticələrini gözlədim.

- Təşkilatçılar sizə təzyiq edirdi?

- Təşkilatçılar bizə deyirdilər ki, arqument gətirib oyun aparın. Maraqlı oyun göstərin. Murad Dadaşov dəfələrlə bizə yaxınlaşıb deyirdi ki, bir az sakit olun. "Maşın şou”dan öncə hər birimiz müqavilə imzalamışıq. Müqavilənin bəndində göstərilir ki, hər şey məxfi qalsın. Ona görə də çox şey deyə bilmərəm.

- Sizi şoudan uzaqlaşdıran İlkin Misgərli ilə dueliniz şounun ən maraqsız duellərindən oldu. İlkini çıxarmamağınızı kimə söz vermişdiz?

"Uzaqlaşdıran sözünə qarşıyam. Oyun zamanı Murad bəydən də xahiş elədim ki, desin İlkin Ülviyyə qarşıdı, Ülviyyə isə ona qarşı deyil. "Bozbaş Pictures”in rəhbəri İlkin Həsəniyə söz vermişdim. Şou vaxtı onu deməyim düzgün olmazdı. Şoudan öncə mənə zəng edib xahiş etdi ki, İlkin Misgərli ilə işin olmasın, ona qarşı oynama hətta ərkyanə dedi ki, gözün üzərində olsun. "Maşın” 10 gün sonra bitəcək amma münasibət davam edəcək. Günün sonunda ağlamağımın səbəb isə məğlub olmağım deyildi. Səbəb ordakı insanların vəziyyəti idi. Məni əzib tapdalamaq üçün hər yola gedən insanların ruhu üçün ağladım. Hətta ən sonda Murad Dadaşovu belə mənə qarşı qoymağa çalışdılar. İnsanların ruhunun qara olması mənə pis təsir edir. Bu gün məni əzib, şərləməklə maşını əldə etdiz. Bəs 10 gün sonra necə olacaq. İnsanlar bir birinin üzünə necə baxacaq?

Oyundan sonra baxdım ki, İlkin Misgərliyə "Bozbaş pictures”in uşaqlardan yalnız İlkin Həsəni səs istəyib. O biri uşaqlar səs istəməyib. Bu da mənə qarşı oyun idi.

Onlar "Axırıncı yol” filmində mənim müəllif olduğum mahnının məndən icazəsiz istifadə ediblər. Mən buna görə müəllif hüquqları agentliyinə müraciət edə bilərdim amma etmədim. İstəmədim desinlər ki, Ülviyyə bizim işimizin sayəsində özünə reklam qazanır. Bu hərəkətləri artıq ikinci dəfə idi. Yenə canları sağolsun. Anladım ki, insanlar pulla dostluğu qarışdırırlar.

 

- Veriliş haqda iddia var ki, Murad Dadaşov özü səsləri idarə edir və kimi istəyirsə çıxarır...

- Bunu tam məsuliyyətimlə deyə bilərəm ki, ağ yalandı. Murad bəy duel zamanı hansısa işçinin bizə yaxınlaşmağına icazə vermir. Bu rəqəmdi, kim inanmırsa gedib siyahını çıxardıb baxa bilər. Murad Dadaşov ölkədə ən bahalı layihənin rəhbəridir. Səs vermədə elə böyük məbləğ gəlmir ki, Murad bəy ondan nəsə də qazansın. Belə xırda söhbətlərin yeri yoxdur. Kaş ki, hər kəs Murad bəy kimi qədir bilən olardı.

- "Maşın”ı kimin udmasını istəyirsiz?

- Orada müqayisədə yeganə yalan danışmayan iştirakçı Xatundur. O xanımlarla qruplaşma da var və bunu da oyun zamanı göstərir. Xatun qalib olsa bilərəm ki, haqq ədalət var. Bu bir oyundur. Hər kəs həyatda necədirsə, oyunda da onu göstərir. Yenə də Allah hər birin canın sağ eləsin.

 

Nazim Qasımzadə,
AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Əhalinin son sayı açıqlandı
10:27 18.06.2026
Əhalinin son sayı açıqlandı
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
10:12 18.06.2026
Ermənistan 90-cı illərdə urbitit yaratmışdı, lakin onlara qarşı heç bir sanksiya tətbiq olunmadı - İlham Əliyev
Azərbaycan əhalisinin sayı artıb
10:08 18.06.2026
Azərbaycan əhalisinin sayı artıb
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"