Bu gün Milli Məclisin növbəti iclası keçiriləcək. İclasın gündəliyinə 9 qanun layihəsi daxil edilib. Bu məsələlərdən bir neçəsi Azərbaycan ilə Türkiyə və Tacikistan əlaqələrinə dair sənədlərin təsdiqi barədədir.Azərbaycan qazının Türkiyə ərazisində qəbulu, tranziti və satışına dair müstəqil boru kəmərinin inşası, eləcə də Türkiyə ilə Azərbaycan arasında əldə edilən razılaşma əsasında gerçəkləşdiriləcək Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin təsdiqi ilə bağlı layihələr gündəlikdəki diqqət çəkən sənədlərdəndir.