Bu gün Milli qəhrəmanlar Niyazi Aslanov və Füzuli Rüstəmovun doğum günüdür
Bütün Xəbərlər
15:09 25.12.2011
2687
Bu gün Azərbaycanın Milli qəhrəmanları Niyazi Aslanovun və Füzuli Rüstəmovun doğum günüdür.AZXEBER.COM xəbər verir ki, 1960-cı il dekabrın 25-də Goranboy rayonu Tapqaraqoyunlu kəndində anadan olan Niyazi Şərəfxan oğlu Aslanov 1988-ci ildə ilk yaradılan özünümüdafiə dəstəsinə daxil olub, özünün ələ keçirib təmir etdiyi düşmən tankında Goranboyun Şəfəq, Gürzalılar, Todan, Sarısu, Tapqaraqoyunlu kəndlərinin, həmçinin Tərtər, Ağdam bölgələrinin müdafiəsində rəşadətlə vuruşub. O, 1992-ci il mayın 4-də Tapqaraqoyunlu kəndi yaxınlığında döyüşdə komandirini xilas edərkən qəhrəmanlıqla həlak olub. 1993-cü il fevaralın 5-də Milli Qəhrəman adına layiq görülüb. Tapqaraqoyunlu kəndində dəfn edilib, kənd orta məktəbi və Naftalan şəhərindəki küçələrdən biri onun adını daşıyır. Goranboy şəhərində isə büstü qoyulub.