Milli birlik, milli dəyərlər, milli mənsubiyyət və milliliklə bağlı bir çox anlayışlarda əsasən millətin özünəməxsusluğu, öz xalqının və vətəninin taleyinə sağlam münasibəti əks olunur.
Millilik xalqın vətəndaşlıq pasportudur və o pasportu daşımaqdan ötrü heç olmasa, insan öz milləti üçün nələr etdiyini və nə etmək istədiyini bilməlidir.Bu fikirləri Gün.Az-a açıqlamasında hakim partiyadan olan millət vəkili Tahir Rzayev dilə gətirib.Onun dediyinə görə, xalqın, millətin adından bol-bol danışmaq, Milli Şuralar yaratmaq, milli forumlar keçirmək, milli qəzetlər çıxarmaq, milli şeirlər yazmaq asandır, ancaq bu milliliyin faydasını millətə çatdırmaq çətindir.Millət vəkili bu baxımdan hesab edir ki, bir çox müxalifət qüvvələrinin toplaşıb yaratdıqları Milli Şuranın fəaliyyəti millilikdən, demək olar ki, tam uzaqdır.T.Rzayevin fikrincə, çünki milli birlikdən, milli təəssübkeşlikdən, milli dəyərlərdən gen-bol danışanlar bir araya gəlib adi məsələləri belə həll edə bilmirlər.Millət vəkili qeyd edib ki, Milli Şura prezidentliyə öz sədri Rüstəm İbrahimbəyovun vahid namizədliyini təklif etsə də, bu təklif şuraya daxil olan ictimai-siyasi təşkilatlar, qüvvələr tərəfindən birmənalı qarşılanmır.T.Rzayevin bildirdiyinə görə, R.İbrahimbəyovun özü belə bu gün birləşmiş müxalifət tərəfindən “vahid namizəd” verilməsinə şübhə ilə yanaşır:“O, “İsa Qəmbərin namizədliyini niyə də dəstəkləməyək?” deyir. Digər tərəfdən, Rüstəm müəllim Müsavat başqanının və Eldar Namazovun namizədliyini dəstəkləyəcəyini bəyan edir və özünü ümummüxalifət lideri rolunda görür.Eldar Namazov isə demokratik düşərgənin vəziyyəti vaxtında və düzgün qiymətləndirməməsindən gileylənərək deyir ki, Milli Şuranı vaxtında elan etsəydik, indiki problemlər yaranmazdı...”Millət vəkili eyni zamanda bildirib ki, müxalifətçilərin özləri isə R.İbrahimbəyov, İ.Qəmbər və E.Namazovun gizli danışıqlarından narazıdırlar və belə gizli sövdələşmələrin arxasında məkrli niyyətlərin durduğunu söyləyirlər:“İsa Qəmbərin “Milli Şuranın növbəti sessiyasında yeni bir intellektual namizədlə çıxış edilməsi gündəmə gətirilməlidir” fikrinə münasibətini bildirən Milli Şuranın üzvü, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bu təklifi ətraflı düşünülməmiş, ölçülüb-biçilməmiş təklif hesab edir. Müsavat Partiyası Məclisinin üzvü Adil Qeybulla isə çox düzgün olaraq qeyd edir ki, bu gün Milli Şuranın daxilində qəlbində prezidentlik keçən 30-40 şəxs var.Görünən budur ki, vahid namizəd davası 2015-ci ilədək gedəcək. Göründüyü kimi, prezident seçkilərinə start çox az vaxt qalmasına baxmayaraq, hələ də birləşmiş müxalifət - Milli Şura öz vahid namizədini dəqiq müəyyənləşdirə bilməyib. Çünki deyildiyi kimi, prezident olmaq eşqinə düşənlər çoxdur və bu insanların birlik millətin taleyi deyil, şəxsi mənafelər, vəzifə tutmaq, kimdənsə intiqam almaq daha çox görünür.Buna görə də Milli Şuranın gələcək fəaliyyəti qaranlıq, onun ətrafında birləşənlərin niyyətləri şübhəlidir. Millilikdən uzaq olan Milli Şuraya heç bir inam yoxdur”.