Bu gün Ümumdünya Metrologiya Günüdür

Bu gün Ümumdünya Metrologiya Günüdür
Bütün Xəbərlər
12:24 20.05.2013
1250

20 may - Ümumdünya Metrologiya Günüdür.

AZXEBER.COM-un məlumatına görə, müasir dövrdə metrologiyanın - ölçmələr üzrə elmin insan fəaliyyətinin bütün sahələrində, dünya iqtisadiyyatının və elmi-texniki tərəqqinin inkişafında aparıcı rolu danılmazdır.Bu günün tarixi 1875-ci ilin 20 mayından - Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.Konvensiyaya uyğun olaraq Beynəlxalq Kəmiyyət Ölçüləri və Çəkiləri Bürosu (BKÖÇB) yaradılıb və ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.Metrik Konvensiyası bütün ölkələrdə elmi-texniki tərəqqiyə təsir edib. Belə ki, məhz bu sənəddən sonra ölçmələrin metrik sistemi və beynəlxalq vahidlər sistemi tətbiq edilib və onun əsasında Beynəlxalq Ölçmələr Sistemi yaradılıb. Metrik Konvensiyanın ən başlıca məqsədi olan ölçmələrin vəhdətinin bütün ölkələrdə təmin edilməsi bu gün də çox vacib məsələdir.Müasir cəmiyyətin bütün həyat və fəaliyyət istiqamətləri - səhiyyə, ekologiya, müdafiə və təhlükəsizlik, ən yeni elm həcmli texnologiyaların inkişafı və tətbiqi, energetika, ticarət və s. ölçmələrin dəqiqliyindən, vəhdətindən və doğruluğundan asılıdır. Dünya ticarətinin qloballaşdırılması, malların beynəlxalq səviyyəli birgə istehsalı, əhalinin sağlamlığı və təhlükəsizliyi naminə artan qayğı, ətraf mühit problemləri - bütün bunlar müasir mərhələdə ölçmələrin vəhdətinin təmin edilməsi tələblərini beynəlxalq səviyyədə daha da gücləndirir.Qeyd edək ki, müəyyən edilmiş metroloji norma və qaydalara riayət edilməsi bu gün Azərbaycan dövlətinin diqqətində olan ən vacib məsələlərdəndir. Çünki yalnız ölçmələrin düzgün nəticələri məhsulun keyfiyyətinə və təhlükəsizliyinə, tibbi diaqnostikanın səmərəliliyinə təminat verir, ədalətli ticarətə və ətraf mühitin təmizliyinə imkan yaradır.Ümummilli lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirmiş və metrologiyanın inkişafına ciddi təkan olub. Hazırda ölkə prezidenti İlham Əliyevin apardığı uğurlu iqtisadi siyasətin nəticəsində ölkəmizin ixrac qabiliyyəti yüksəlib, yerli məhsulların beynəlxalq standartlara uyğunlaşdırılması işləri sürətlənib. Bütün bunlar isə metroloji təminatın inkişafından xəbər verir.Məlumat üçün bildirək ki, ölkəmizdə keyfiyyət infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulması və inkişafı ilə bağlı ölkə rəhbərliyi tərəfindən daha bir addım 2012-ci ilin 4 aprel tarixində atılıb. Belə ki, “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanına əsasən Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti, Dövlət Akkreditasiya Xidməti və Dövlət Metrologiya Xidməti yaradılıb. Bu islahat dövlətin bu sahəyə nə dərəcədə yüksək diqqət yetirməsinin bir daha sübutudur.Metrologiya sahəsinin inkişafı istiqamətində Dövlət Metrologiya Xidmətinin rolu çox mühümdür. Xidmət dövlət kəmiyyət vahidləri etalonlarının əldə olunması, qorunub saxlanılması, dövlət etalonlarından kəmiyyət vahidlərinin ötürülməsini və bu sahədə dövlət siyasətinin həyata keçirilməsini təmin edən icra hakimiyyəti orqanıdır.Məlumdur ki, yeni etalon laboratoriyalarının yaradılması və inkişafı Komitə qarşısında duran ciddi məsələlərdən biridir. Azərbaycanda etalon bazasının genişləndirilməsi və beynəlxalq tələblərə uyğunlaşdırılması üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən etalon istehsalı ilə məşğul olan “Fluke”, “Neolab”, “DHİ”, “WIKA”, “METTLER TOLEDO” kimi dünyanın tanınmış şirkətlərindən elektrik, təzyiq, kütlə, özüllülük və sıxlıq kəmiyyət vahidləri üzrə etalon cihazları alınıb quraşdırılıb.Dövlət Metrologiya Xidmətinin etalon bazasında spesifik xüsusiyyətləri ilə fərqlənən vaxt və tezlik etalon kompleksi mövcuddur. Etalonların alim-saxlayıcı funksiyalarını həyata keçirən mütəxəssislər müvafiq təlimlər keçiblər. Hazırda isə kəmiyyət vahidlərinin dövlət etalonları laboratoriyalarının beynəlxalq metroloji təşkilatlar tərəfindən tanınması məqsədilə işlər aparılır.Belə ki, Ölçülər və Çəkilər üzrə Baş Konfransa müşahidəçi kimi üzv olmaq və “Dövlətlərin milli etalonlarının və milli metrologiya qurumları tərəfindən verilən ölçmə və kalibrləmə sertifikatlarının qarşılıqlı tanınması haqqında” beynəlxalq sazişə qoşulmaqla bağlı müraciət edilib.

OXŞAR XƏBƏRLƏR