Bu gün Od Çərşənbəsi qeyd olunur

Bu gün Od Çərşənbəsi qeyd olunur
Bütün Xəbərlər
10:30 28.02.2012
3833

Boz ayda qeyd edilən ikinci çərşənbə - "Od çərşənbəsi"dir.

Ulu əcdadlarımızın köhnə bayramlarından biri olan Novruz yaradılışın mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı mərasimlərin qeyd olunması ənənələrini özündə birləşdirir. İlin axır çərşənbələrindən ikincisi xalq arasında Üskü çərşənbə, Addı çərşənbə kimi tanınan "Od çərşənbəsi"dir. Bu çərşənbə qədim insanların günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.

Od çərşənbəniz mübarək!

OXŞAR XƏBƏRLƏR