Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Gün ərzində arabir yağış yağacağı ehtimalı var, mülayim şimal-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-8, gündüz 8-13, bəzi yerlərdə 15 dərəcəyədək isti olacağı gözlənilir.Azərbaycanın rayonlarında hava şəraitinin cənub və qərb rayonlarından başlayaraq arabir yağıntılı olacağı, axşam yüksək dağlıq ərazilərdə sulu qar, qar yağacağı, bəzi yerlərdə duman olacağı gözlənillir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 5-9, gündüz 10-15, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, yüksək dağlıq ərazilərdə isə gecə 5-10 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir.