Bu gün Qənirə Paşayevanın doğum günüdür

SOSİAL
00:11 07.03.2016
4073

Bu gün millət vəkili, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətini təmsil edən, Qənirə Paşayevanın doğum günüdür.

AZXEBER.COM-un məlumatına görə, millət vəkilinin 41 yaşı tamam olur. Qeyd edək ki, Qənirə Paşayeva 1975-ci il martın 7-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildən bu ilə kimi Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.2015-ci il noyabrın 1-də 105 saylı Tovuz seçki dairəsindən 3-cü dəfə deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvüdür. Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Hindistan, Azərbaycan-Türkiyə, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının, Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.Subaydır. Firuzə adlı mənəvi qızı var.AZXEBER.COM Qənirə Paşayevanın keçən il İstanbul şəhərində ad gününə təsadüf edən "Aşk başka" kitabının təqdimetmə mərasimindən olan görüntüləri təqdim edir:

OXŞAR XƏBƏRLƏR