Bu gün paytaxtı tıxaclar bürüyüb Yeni dərs ilinin başlaması ilə Bakıda böyük tıxaclar yaranıb. Lent.az-ın məlumatına görə, metronun “28 May”, “Elmlər Akademiyası”, “Nərimanov” və “Neftçilər” stansiyaları ətrafında, həmçinin Atatürk prospekti, F.Xoyski küçəsi, “Azadlıq” prospekti və digər mərkəzi yollarında tıxaclar yaranıb. Bəzi yollarda qazıntı işlərinin aparılması, bəzilərində isə metro çıxış və girişlərinin tikilməsi səbəbindən avtomobillər kimi piyadaların da hərəkətində problemlər yaranıb.