"Bu gün televiziyada gənclərin istedadlarına qiymət verən mütəxəssislər də bir vaxtlar özfəaliyyətlə məşğul olublar”– MÜNASİBƏT

GƏNCLİK
13:03 02.11.2011
1694

Millət vəkili JaləƏliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovunəziz xatirəsinəhəsr olunan Vətənpərvərlik mövzusunda gənclərin I Ümumrespublika Teatr Festivalı davam edir.

Festivalla bağlı AZXEBER.COM portalı tanınmış bəstəkar Siyavuş Kəriminin festivalla bağlı münasibətini öyrənib. 

Siyavuş Kərimi bu cür festivalların keçirilməsinin özfəaliyyət sektorunun inkişafına gətirib çıxardacağını söyləyib: “Bu festivalın keçirilməsi ümumilikdə təqdirəlayiq bir haldır. Əvvəlcədən bütün gəncləri bu münasibətlə təbrik edirəm. Gənclər bizim gələcəyə olan ümidimizdir. Əlbəttə ki, mədəniyyətlə bağlı bir layihəyə həqiqətən hazırda ehtiyac var. Arzu edirəm ki, bu cür layihələr davamlı şəkildə olsun və gənclər bu layihədən hər zaman yararlana bilsin. Hazırda təkcə teatr sahəsində deyil, musiqi sahəsində də bu cür festivalların keçirilməsi lazımdır. Təbii ki, peşəkar baxışlar burada öz əksini tapmalıdır. Düzdü bizim xalqımız istedadlı və musiqini sevən xalqdır. Ancaq burada da peşəkar baxışlar lazımdır. İstənilən anda bu cür festivallar özü özfəaliyyət sektorunun yaranmasında yaxşı bir tekanverici rol oynayacaq. Çünki hazırda peşəkarlıqla qeyri-peşəkarlıq yanbayan dayanıb. Bunun qarşısı peşəkarlar tərəfindən alınmalıdır. Unutmaq lazım deyil ki, bütün özfəaliyyətlərin sonu peşəkarlığa gətirib çıxardır. Məsələn bu gün televiziyada gənclərin istedadlarına qiymət verən mütəxəssislər də bir vaxtlar özfəaliyyətlə məşğul olublar”.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR