Bu gün özünüzü qoruyun - Hava proqnozu

Bu gün özünüzü qoruyun - Hava proqnozu
Bütün Xəbərlər
11:20 27.09.2013
1163
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində, əsasən, yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.Temperatur gecə 15-18°, gündüz 21-26° isti, Bakıda gecə 16-18°, gündüz 22-24 ° isti olacaq.Atmosfer təzyiqi 764 millimetr civə sütunundan 755 millimetr civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcəkdir.Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.Temperaturun gecə 7-12°, gündüz 24-29° isti olacağı gözlənilir.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 6-11°, gündüz 16-21° isti olacağı gözlənilir.Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava yağmursuz keçəcək.Temperaturun gecə 12-17°, gündüz 23-28° isti olacağı gözlənilir.Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında gündüz hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 9-14°, gündüz 22-27° isti olacağı gözlənilir.Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 13-18°, gündüz 25-30° isti olacağı gözlənilir.Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Gündüz hava, əsasən, yağmursuz keçəcək.Temperaturun gecə 16-19°, gündüz 24-29° isti, dağlarda gecə 10-15°, gündüz 19-24° isti olacağı gözlənilir.Tibbi-meteoroloji proqnoz
OXŞAR XƏBƏRLƏR