Bu gündən Azərbaycanda elektron imzanın tətbiqinə başlandı
Bütün Xəbərlər
15:15 07.09.2011
1867
Bu gündən etibarən Azərbaycanda elektron imzanın tətbiqinə başlanıb. Bunu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən keçirilən tədbirdə nazir müavini İltimas Məmmədov bildirib. Onun sözlərinə görə, bir çox dövlət qurumlarında elektron xidmətlərin tətbiqinə başlanıb. “Sentyabr-oktyabr aylarında elektron xidmətlərə keçidlə bağlı hökumət səviyyəsində müzakirələr aparılacaq. “E-imza”nın tətbiqi ölkədə elektron xidmətlərdən tam istifadə olunmasına imkan yaradacaq və bürokratik əngəlləri aradan qaldıracaq”. Nazir müavini “E-imza”nın qiymətləri barədə də məlumat verib. Onun sözlərinə görə, fiziki şəxslər “E-imza”dan istifadə etmək üçün poçt şöbələrinin filiallarına müraciət etməli, müvafiq kart və avadanlığı əldə etməlidir. “E-imza” üçün fiziki şəxslər 1 illik 14 manat (ƏDV daxil), növbəti il üçün 8 manat, 3-cü il üçünsə bundan da ucuz ödəniş verəcək”.