Bu gündən soyuq havalar qayıdır

Bu gündən soyuq havalar qayıdır
Bütün Xəbərlər
20:35 10.12.2011
3510
Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Günün ikinci yarısında havanın tədricən tutulacağı, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-5 dərəcə isti, günün birinci yarısında 7-9 dərəcə, günün ikinci yarısında isə 4 dərəcəyə yaxın isti olacağı gözlənilir. Azərbaycanın bəzi rayonlarında yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-9 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 8-13 dərəcə şaxta olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR