"Hər zaman düşünmüşəm ki bir gənc olaraq ölkəmiz, dövlətimiz, millətimiz üçün nə edə bilərəm, əlbəttə ki 6 ildir ki gənclərimizin inkişafı üçün onlarla layihələr həyata keçirmişəm, ölkəmizin ictimai-siyasi həyatında yaxından iştirak edib maksimum töhvəmi verməyə çalışmışam"
Bu sözləri AZXEBER.COM-a açıqlamasında ADA Universitetinin Magist Tələbə Hökümətinin Prezidenti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Beynəlxalq Əlaqələr Departamentinin direktoru Nurxan Babayev deyib.
Gənc fəal qeyd edib ki, bu günə qədər beynəlxalq layihələrdə ölkəmizi təmsil edib: "20-ə yaxın beynəlxalq layihədə qururla Azərbaycanımızı təmsil etmişəm, lakin hər zaman arzum daha da böyük və əlçatmaz görünən məqsədlərə doğru irəliləmək olub.
Nurxan Babayev multikulturalizm ilində etdiklərindən də danışıb:
"Bildiyimiz kimi 2016-cı il Azərbaycanda multikulturalizm ili oldu və bu ildə bu sahədə bir çox işlər görüldü, mən isə özümə vətəndaşlıq borcu bilərək bu ilin ilk günündən etibarən qarşıma məqsəd qoydum ki Azərbaycanın multikulural dəyərlərini, Multikulturalizmin ölkəmizin mütəlif sahələrinə olan müsbət təsirini, həmçinin Multikulturalizmin ən pis nümünəsi olan erməni vandalizminin dünya ictimaiyyətinə təbliğ olunması məqsədi ilə geniş bir məqalə hazırlayaraq 20 olkədə bu məlumatı yayımlayım. Çox çətin bir proses və həmçinin bəzi siyasi məsələlər olduğuna görə bu məqsədə çatmaq üçün bir ay dayanmadan, yorulmadan işlər gördüm, onlarla xarici insanlardan yox cavabı eşitdim, lakin sonda məqsədimə nail oldum. Artıq fevral ayının 7-dir və bu günə qədər 20-dən artıq ölkədə (Azərbaycan, Türkiyə, Amerika, Argentina, İngiltərə, İtaliya, Fransa, Rusiya, Misir, Xorvatiya, Pakistan, Moldova, Belarusiya, Macarıstan, Litva, Latviya, Gürcüstan, bir neçə Afrika ölkələri və s.) azərbaycan, rus, inglis, fransız, ispan, ərəb, türk, litva dillərində ümumilikdə 41 saytda, jurnalda, qazetdə məqaləm dərc olunub və paylaşılıb.