Bu günün qoroskopunu oxuyun

Bu günün qoroskopunu oxuyun
MARAQLI
11:27 19.10.2011
2199
Bugünkü günün çətinliklərinə sinə gərməyə, sözün əsl mənasında, qoç başı lazımdır. İş görüşləri aparmaq məsləhət deyil. Emomional fon gərgindir, ailədə qarşılıqlı anlaşmaya nail olmaq çətindir. Yaxşısı budur, əlinizdə olanla kifayətlənəsiniz.
Günün devizi: səbr elə, halva bişər, ey qora, səndən...
Qoç - Siz geri çəkilmək niyyətində deyilsiniz. Çox yaxşı. Gücünüzü hansı günə saxlamısınız? Bu gün cəsarətli olun. Sabah, ya da birigün isə yaxşıca dincəlmək imkanınız olacaq. Yeni tanışlıqlar mümkündür. 
Buğa - Bu gün "başqasının tövləsini kürüməli" olacaqsınız. Hər şeyi ürəyinizə salır, xırda səbəblərdən narahatlıq keçirirsiniz. Sizə elə gəlir ki, rəhbərlik əməyinizi qiymətləndirmir. Yaxınlarınız kefinizi qaldıracaqlar. Bu gün həyatınıza rəng qatacaq birisiylə görüşə bilərsiniz.  
Əkizlər - Ağlınıza gələn hər ideyanın ətəyindən yapışmayın, əfsus, bu gün sizi dahi adlandırmaq olmaz. Ən pisi isə odur ki, siz nə öz ağlınızın, nə də ətrafınızdakıların səsinə qulaq asmırsınız. Dəyişiklik həvəsi sizi düşünülməmiş addımlar atmağa vadar edir. 
Xərçəng - Daha çox analizlə məşğul olacaq və ötən günlərdə qəbul etdiyiniz qərarları yanlış hesab edəcəksiz. Amma əslində, işlər düşündüyünüz qədər pis getmir. Sadəcə, tələsmək lazım deyil. Pullarla ehtiyatlı olun. Bu gün başqalarına gərəkli mallar almaq daha məsləhətlidir. 
Şir - Sizi üç uğursuz gün gözləyir, bu isə onlardan birincisidir. Ruhdan düşməyin, var gücünüzlə çətinliklərə sinə gərin. Yeni işlərə başlamayın, əmlak və maliyyə ilə bağlı sənədlər imzalamayın. Sağlamlığınızın qeydinə qalın. Bir müddət pis vərdişlərinizdən əl çəkin. 
Qız - Onsuz da sizi bir sözünüzdən başa düşə biləcək köməkçi yoxdur, olanlar isə əl-ayağa dolaşırlar. Təklikdə işləsəniz, daha çox uğur qazanacaqsınız. Yeri gəlmişkən, iş yerini dəyişmək barədə düşünmürsünüz? Yeni yerdə daha çox və daha tez uğur qazana bilərsiniz. Emosiyalarınız sakitdir.  
Tərəzi - Günün birinci yarısı müharibəyə hazırlığı xatırladacaq. Siz ətrafınızdakıların törətdikləri səhvləri sakit qarşılamağa çalışsanız da, günün sonunda partlamaq ehtimalınız var. Çox yorulacaqsınız. Bu gün özünüzə yazığınız gəlsin, inanın, sizdən başqa, bunu heç kim etməyəcək. 
Əqrəb - İşdə səliqəli olun. İstənilən səhvin uzun sürən və xoş olmayan davamı gələcək. Üstəlik, diqqət mərkəzindəsiniz. Qanınız qaralarsa, kefiniz pozularsa, qətiyyən büruzə verməyin. Bu gün sanki yaxınlarınız qarşısında hesabat gününüzdür. Keçmiş hadisələrə qayıtmaq ehtimalı çoxdur. Amma sakitliyi qoruyub saxlamaq olar. 
Oxatan - Sizə azacıq da olsa, şübhəli görünən təklifləri qətiyyətlə rədd edin. İntuisiyanıza qulaq verin.  Əvvəlki tərəfdaşlarınızla dil tapmaq çətin olacaq. Odur ki, onlarla görüşlərinizi sabaha saxlayın. Ailədəki problemləriniz pula bağlıdır. İdeyalarınız ağlabatan olsa da, yaxınlarınız onları təqdir etmirlər. Heç kimi incitməyin, amma dediyinizin üstündə də durun. 
Oğlaq - Hadisələr istədiyinizdən daha ləng cərəyan edir. Tez-tez kimisə gözləməli olursunuz. Ara yerdə işləriniz tökülüb qalır. Planlarınızda düzəliş etməli olacaqsınız. Günün ikinci yarısı səfərlər gözlənilir. Ehtiyatlı olun, yolda təhlükəylə rastlaşa bilərsiniz. Ciddi diqqət tələb edən işləri sonraya saxlayın.  
Dolça - Bütün diqqətinizi cəmləyin. Çətin gündür və səhv etməmək üçün çox ehtiyatlı olmalısınız. Məqsədlərinizi aydınlaşdırın, sizə yaramayan güzəştlərə getməyin. Hər şeyə tənqidi yanaşmanız nüfuzunuza xələl gətirən işlərdən sizi çəkindirəcək. Gününüzün adi rejimini pozmayın, ya da pəhriz saxlayın. 
Balıqlar - İstəklərinizlə reallıq arasında bu gün böyük bir uçurum görəcəksiniz. Bu da sizi kədərləndirəcək. Nələri qazana biləcəyinizi düşünməyə vaxt sərf etməklə real olaraq qazanmaq şansınızı əldən verə bilərsiniz. Bu gün sizinlə heç kim dil tapa bilmir. Yaxınlarınız sizi incitməmək üçün narahat etməməyə çalışacaqlar, siz isə bunu özünüzə qarşı diqqətsizlik kimi qəbul edəcəksiniz /// milli.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər