1919-cu ildə Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edilib. 1919 -Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Parlament həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul etmişdi. 1928 — Əhməd Zoqu Albaniyanı monarxiya, özünü isə kral elan edib. 1939 — Corc C. Marşal Birləşmiş Ştatlar Ordusunun ştab rəisi olub. 1949 - Azərbaycan SSR-də icbari 7-illik təhsilə keçid başlayıb. Sovet hökuməti 1931-ci ildə ölkədə icbari ibtidai təhsil (1-3-cü sinif) barədə qərar qəbul etmişdi. Həmin qərara əsasən, 30-cu illərin sonunda 7-illik təhsilə keçid həyata keçirilməli idi. Lakin müharibə (1941-1945) və sonrakı ağır sosial-iqtisadi vəziyyət bu qərarı xeyli ləngitmişdi. 1959-cu ildə icbari 8-illik təhsilə (natamam orta təhsil), 1966-cı ildə isə icbari 10-illik təhsilə (tam orta təhsil) keçid təmin olundu. 1951 — Londonda dünyada ilk supermarket açılıb. 1962 — İranda zəlzələ nəticəsind 20 000 nəfər həlak olub. 1969 — Müəmmər Qəzzafi Liviyada çevriliş yolu ilə rəhbərliyi ələ alıb. 1992 - Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri (ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 26-da tanıyıb) arasında diplomatik münasibətlər qurulub. 1993 - Prezident səlahiyyətlərini həyata keçirən Heydər Əliyev hökumətdə bir sıra təyinatlarla bağlı fərmanlar imzalayıb: Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Həsən Həsənov xarici işlər naziri, general-mayor Məmmədrəfi Məmmədov müdafiə naziri, Səməd Sadıqov iqtisadiyyat naziri, Elçin Əfəndiyev baş nazirin müavini, Qalib Ağayev Milli Bankın İdarə Heyətinin sədri təyin olunub.
//anspress