Amerikada maraqlı bir hadisə baş verib. Qarın ağrısı ilə xəstəxanaya gedən gənc qadın qucağında uşaqla oranı tərk edib.23 yaşlı Ketrin Kropas 8 ay müddətinə hamilə olduğunu bilməyib. Qarnındakı ağrıların səbəbini bilmək üçün o bir necə saat ərzində testlərdən keçirilib. Nəticəni eşsidən qadın və 40 yaşlı iki illik sevgilisi də şoka düşüb. Hamiləlik xəbərini eşidəndən bir saat sonra isə o körpəsini dünyaya gətirib.Doğulan körpə 4,5 kq, boyu isə 58 sm-dir. Ona Ellie adı verilib.Qadının sözlərinə görə, başına gələnləri eşidənlər xəstəxanaya gələrək ona baş çəkir, şəkil çəkdirirlər."İndi biz qızım gəlişi münasibəti ilə parti edəcəyik. Hələ ki, tələsmək istəmirik".