Bu həftə bəzi bürclər üçün sevgi, pul və karyerada sürprizlər gözlənilir.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, astroloq Dinçer Güner 15-22 noyabr tarixləri üçün 12 bürcün proqnozunu açıqlayıb.
Qoç: Sevgi həyatında ehtiraslı başlanğıclar, yaradıcılıq və maliyyə sahəsində yeni fürsətlər gündəmə gələ bilər. Lakin riskli investisiyalardan uzaq durmaq tövsiyə olunur.
Buğa: Ev və ailə ilə bağlı məsələlər ön plana çıxacaq. Daşınmaz əmlak, təmir və köçlə bağlı planlar sürətlənə bilər. Ailə daxilində mübahisələrə diqqət edin.
Əkizlər: Ünsiyyət, təhsil, səfərlər və işgüzar əlaqələr baxımından aktiv həftədir. Fikirlərinizlə insanlara təsir edə, yeni qazanc imkanları əldə edə bilərsiniz.
Xərçəng: Maliyyə məsələlərində hərəkətli dövr başlayır. Maaş artımı, yeni gəlir mənbələri və gözlənilən ödənişlərlə bağlı müsbət xəbərlər ala bilərsiniz. Lüks xərclərə diqqət edin.
Şir: Özünüzü daha enerjili və özünəinamlı hiss edəcəksiniz. İş və şəxsi həyatınızda yeni başlanğıclar üçün əlverişli fürsətlər yarana bilər. Tələskən qərarlardan çəkinin.
Qız: Bir müddətdir üzərində işlədiyiniz layihələri tamamlamaq və gələcək planlarınızı müəyyənləşdirmək üçün uyğun zamandır. Sağlamlığınıza və istirahətinizə diqqət ayırın.
Tərəzi: Sosial münasibətlər, dostluqlar və yeni tanışlıqlar ön plana çıxacaq. Nüfuzlu şəxslərlə əlaqələr karyeranızda yeni imkanlar yarada bilər. Sevgi həyatında da sürprizlər mümkündür.
Əqrəb: Karyera və iş həyatında yüksəliş imkanları yarana bilər. Rəhbərlikdən dəstək almaq, vəzifə dəyişikliyi və yeni layihələr gündəmə gələ bilər. Mübahisələrdən uzaq durun.
Oxatan: Xarici ölkələrlə əlaqələr, təhsil, hüquqi məsələlər və səyahət planlarında irəliləyiş gözlənilir. Yeni biliklər əldə etmək və gələcək hədəflərinizi genişləndirmək üçün əlverişli həftədir.
Oğlaq: Ortaq maliyyə, kredit, miras və əlavə gəlirlərlə bağlı məsələlər gündəmə gələ bilər. İnvestisiya və borclanma zamanı ehtiyatlı davranmaq vacibdir.
Dolça: Sevgi və tərəfdaşlıq münasibətlərində mühüm qərarlar verilə bilər. Subaylar üçün yeni münasibət, ailəli olanlar üçün isə münasibətləri rəsmiləşdirmək mövzusu gündəmə gələ bilər.
Balıqlar: İş həyatında məhsuldarlığınız artacaq. Yeni iş təklifləri, layihələr və gəlir imkanları ilə qarşılaşa bilərsiniz. Sağlamlığınıza, xüsusilə istirahət rejiminizə diqqət edin.
Gülay











































